TTP mediası qadınların işgəncələrini əks etdirən video yayımlayaraq Pakistan hökumətinə hücum edib + FOTO və VİDEO
“Təhrik-e-Taliban Pakistan” qruplaşmasının media qolu olan Ömər Media, Pakistan hökumətinin saxlanma mərkəzlərində etiraz edən gənclər və qadınların işgəncələrə məruz qalması, eləcə də Pakistan təhlükəsizlik qüvvələrinin Pakistanda son iğtişaşlar zamanı qadınlara qarşı zorakılığını əks etdirən videonu dərc edərək bu ölkə hökumətini tənqid edib. Həmçinin, bu hökuməti Çingiz, Hülakü Xan və Firon hökumətləri ilə müqayisə edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, “Təhrik-e-Taliban Pakistan”ın media qolu olan Ömər Media, Pakistanda son iğtişaşlarda qadınların cinsi və fiziki işgəncələrini əks etdirən video yayımlayaraq, bu ölkənin hökumətinə hücum edib.
“Najane Kab Miri Basti Ke Lug Jagenge” (Mənim kəndimin adamları nə vaxt oyanacaq?) silsiləsinin beşinci hissəsi olaraq yayımlanan bu videonun əvvəlində belə bir cümlə görünür: “Bu videoda ötən həftələrdə Pakistanda siyasi iğtişaşlar zamanı ordu, polis və gizli təşkilatlar tərəfindən cinsi və fiziki işgəncələrə məruz qalmış qadınlardan bəhs edilir”.
Bu videoda Pakistan hökumətinin saxlanma mərkəzlərində gənclərə və qadınlara işgəncə verilməsi, eləcə də Pakistanda son iğtişaşlar zamanı Pakistan təhlükəsizlik qüvvələrinin qadınlara qarşı zorakılıqları göstərilir və Pakistan hökuməti Çingiz, Hülakü Xan və Firon hökumətləri ilə müqayisə edilir.
Qeyd edək ki, “Təhrik-e-Taliban” ilə Pakistan hökuməti arasında dialoqun bərpası ilə bağlı söz-söhbətlər olsa da, “Təhrik-e-Taliban”ın media məhsullarında bununla bağlı heç bir şey görünmür.
Qeyd edək ki, Ömər Media həmçinin dindən çıxmışlara və kafirlərə qarşı Cihada hazırlıqla bağlı öz təşkilatının Marifləndirmə, Yaxşılığa Dəvət Və Pisliklərdən Çəkindirmə naziri olan Şeyx Qul Məhəmməd Bacaurinin sözlərini dərc edib. Bu media həmçinin Əl-Faruq təlim düşərgəsində öz qüvvələrinin hərbi təliminin videosunu yayımlayıb.
Görünən odur ki, hər dəfə Təhrik-e-Taliban Pakistan və Pakistan hökuməti arasında dialoq barədə söz-söhbətlər yayılanda, Təhrik-e-Taliban Pakistanın Pakistanın mərkəzi hökumətinə qarşı media hücumları da artır və Pakistan hökumətinə qarşı daha çox düşmənçilik nümayiş etdirir.
Rəy