Əs-Səid rayonundakı Əl-Qaidə mövqelərinə naməlum dron hücumu olunub

Cümə axşamı 22 İyun 2023 - 20:13
https://az.iswnews.com/?p=23421

Yəmənin Şəbvə əyalətində yerləşən Əs-Səid rayonuna naməlum dronların (ehtimal ki, Amerikaya aiddir) ikinci hücumu zamanı Əl-Qaidənin bir üzvü öldürülüb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, naməlum dronlar (ehtimal ki, Amerikaya aiddir) Şəbvə əyalətinin Əs-Səid rayonunun ətrafında yerləşən Əl-Kur bölgəsində “Əl-Qaidə” terror qruplaşması üzvlərinin mövqelərinə hücum edib. Yerli mənbələrin məlumatına görə, bu hücum nəticəsində “Əl-Qaidə”nin bir üzvü öldürülüb.

Bu ərazi Cənub Keçid Şurasının (BƏƏ tərəfindən dəstəklənir) silahlı qüvvələrinin nəzarəti altındadır və “Əl-Qaidə” terror qruplaşması son bir həftədə Əl-Musina, Əs-Səid və Əl-Məhfəd bölgələrində ağır hücumlar həyata keçirib. Bu hücumlarla eyni vaxtda naməlum dronlar döyüşə girərək Əl-Qaidə mövqelərini bombardman edib, yerli mənbələr bunu Amerika ordusuna aid edir. Bu dronların əvvəlki hücumu zamanı Əl-Qaidənin yüksək rütbəli üzvlərindən biri olan Əbu Məhəmməd Əl-Şəluni Əl-Avlaki Əl-Musina qəsəbəsində öldürülmüşdür.

Daha çox oxuyun: Amerika dronları Şəbvə əyalətində Əl-Qaidə ilə cənublular arasında qarşıdurmaya daxil olub + FOTO

Xəritə: Şəbvə əyalətinin Əs-Səid bölgəsində dron hücumunun cəhəti / tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir