HƏMAS-ın yüksək rütbəli nümayəndə heyəti İran prezidenti və SEPAH komandanı ilə görüşüb + FOTO

Çərşənbə 21 İyun 2023 - 19:10
https://az.iswnews.com/?p=23375

HƏMAS İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri başda olmaqla yüksək rütbəli nümayəndə heyəti İran prezidenti və İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı ilə görüşüb və söhbət edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, HƏMAS İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin başçılıq etdiyi yüksək rütbəli nümayəndə heyəti iyunun 20-də İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb və müzakirələr aparıb.

İran prezidenti Fələstin müqavimət cəbhəsinin son uğurlarını təbrik edərək və bu qələbələrin bu gün açarının bu cəbhənin əlində olduğunu vurğulayaraq deyib: “Əlamətlər sübut edir ki, bu gün müqavimət cərəyanı həmişəkindən daha güclüdür və onun düşmənləri hər zamankindən daha zəif vəziyyətdədir. Həmçinin müqavimət cəbhəsinin zəfərləri sionistlərin iddia edilən çəkindirici qüdrətlərinin nümayiş etdirməyə çalışdıqları görüntünün real olmadığını ortaya çıxarıb və sübut edib”.

Rəisi İslam dünyasının ən mühüm məsələsini Qüdsün azad edilməsi hesab edib və sionist rejimlə münasibətləri normallaşdırmaq cəhdini Fələstin məsələsinə xəyanət və müqavimət hərəkatına arxadan zərbə vurmaq hesab edib və deyib: “Bəzi İslam ölkələrinin sionist rejimlə əlaqələrini normallaşdırmağa çalışan sionist rejim himayədarları, bilsinlər ki, bu iş o rejim üçün təhlükəsizlik yarada bilməz və bu ölkələr də bilsinlər ki, bu iş onlara ancaq öz xalqları və digər müsəlman xalqlar tərəfindən nifrət yaradacaq”.

Bu görüşdə HƏMAS-ın siyasi ofisinin rəhbəri də Mübarək Qüdsün azad edilməsi üçün İran İslam Respublikasının davamlı dəstəyinə görə Fələstin xalqına minnətdarlığını bildirib və deyib: “Bu gün müqavimət cəbhəsi təkcə Qəzzada deyil, həm də İordan çayının qərb sahilində, 1948-ci ildə işğal olunmuş ərazilərdə və hətta bu torpaqdan kənarda fələstinlilər və Fələstin sevərlər arasında genişlənir və güclənir”.

O, bu gün Fələstinin bölgədəki davamlı müqavimət cəbhəsinin bir hissəsinə çevrildiyini bildirərək qeyd edib ki, Fələstinli cihadçı dəstələrin bütün müqavimət imkanları və hətta son döyüşdə müqavimət cəbhəsinin digər hissələri də onların ixtiyarında idi. Livan Hizbullahı və Fələstin İslami Cihadından tutmuş HƏMAS və digər Fələstinli cihadçı dəstələri qədər bütün qruplar arasında müntəzəm görüşlər və koordinasiya görüşləri keçiririk.

İsmayıl Həniyyə Tehranda olarkən İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Sərdar Səlami ilə görüşüb və söhbət edib. Bu görüşdə tərəflər Fələstində və regionda baş verən son siyasi hadisələri müzakirə ediblər.

Həniyyə və Sərdar Səlami ümumilikdə regionun və özəlliklə də Fələstinin həssas vəziyyətinə toxunaraq vurğuladılar ki, Fələstin milləti və xalqının birliyi sionist düşmənə qalib gəlmək və Fələstin xalqının hüquqlarını və azadlığını geri almaq üçün ən yaxşı yoldur. Tərəflər müqavimətə xidmət etmək üçün İran İslam Respublikası ilə HƏMAS arasında əməkdaşlığın davam etdirilməsini vurğulayıblar.

Xatırladaq ki, İsmayıl Həniyyə iyunun 19-da İranın Ali Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədianla görüşüb və bəzi məsələləri müzakirə etmişdir.

Daha çox oxuyun: Əhmədian Həniyyə ilə görüşdə: Fələstinin işğalına son qoymaq üçün ən təsirli strategiya müqavimətdir

İsmayıl Həniyyənin Sərdar Səlami ilə görüşü
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir