İordan Çayının Qərb Sahilində İsrail əleyhinə əməliyyat; Dörd sionist öldürülüb + FOTO və VİDEO

Çərşənbə 21 İyun 2023 - 06:15
https://az.iswnews.com/?p=23296

İordan çayının qərb sahilinin şimalında yerləşən qəsəbədə üç fələstinlinin silahlı əməliyyatı nəticəsində azı 4 sionist həlak olub, ikisi isə yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 20-də üç fələstinli gənc İordan çayının qərb sahilində Nablus və Ramallah arasında yerləşən sionistlərin İli qəsəbəsində bir qrup israilli mühacirləri hədəfə alıblar.

Bu əməliyyat nəticəsində azı 4 sionist öldürülüb, daha 3 nəfər isə ağır yaralanıb. Fələstinlilərin atışma əməliyyatında öldürülən sionistlərin hamısı başlarından güllələnib.

İbranidilli mənbələr sionist rejim ordusuna istinadən xəbər veriblər ki, mütəşəkkil hərbi qrup İli qəsəbəsində atışma əməliyyatı keçirib.

İsrailin baş naziri Benyamin Netanyahu İli qəsəbəsində baş verən əməliyyatdan sonra İsrail təhlükəsizlik və hərbi rəsmiləri ilə təhlükəsizlik toplantısı keçirib.

Hadisədən saatlar sonra İsrail mediası bu əməliyyatın icraçılarından ikisinin, Xalid Mustafa Səbah və Mihnəd Falih Şəhhadəni bir neçə saatlıq təqibdən sonra Tubas şəhərində İsrail xüsusi təyinatlıları tərəfindən güllələnərək öldürüldüyünü açıqlayıb.

Bununla əlaqədar olaraq HƏMAS İslami müqavimət hərəkatının liderlərindən biri Əl-Cəzirə ilə söhbətində bildirib: “İli qəsəbəsi yaxınlığında atışma əməliyyatı zamanı, İsrail işğalçı qüvvələri ilə silahlı qarşıdurmada şəhid olan əməliyyatın iki icraçısı, Kətaib Əl-Qəssam müqavimət dəstəsinin üzvləri olublar”.

Qeyd edək ki, bu anti-İsrail əməliyyatı sionist qüvvələrin 5 fələstinlinin şəhid olması və 66 nəfərin yaralanması ilə nəticələnən Ceninə hücumundan bir gün sonra İordan çayının qərb sahilində baş verib. HƏMAS liderlərindən biri bildirib ki, İli əməliyyatı sionistlərin Cenindəki son cinayətinə cavabdır.

Daha çox oxuyun:
İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 19 iyun 2023

Mihnəd Faleh Yusif Şəhhadənin İsrail işğalçı qüvvələri tərəfindən güllələndiyi zaman can verməsi anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir