Türkiyə dron hücumu ilə Suriyanın Həsəkə əyalətinə hücum edib + XƏRİTƏ

Çərşənbə 21 İyun 2023 - 05:39
https://az.iswnews.com/?p=23293

Türkiyə ordusunun Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobilə dronla hücumundan sonra bir cəbhə komandiri də daxil olmaqla SDQ qüvvələrinin üç üzvü həlak olub, bir nəfər isə yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 20-də Türkiyə ordusuna məxsus dronlar Həsəkə vilayətində Qəhtaniyyə ətrafında yerləşən Təll-Şair kəndi yaxınlığında Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobili hədəfə alıb.

Bu hücum nəticəsində “Yesri Dərviş” adlı cəbhə komandiri və onun müavini “Kabi Şamun” da daxil olmaqla üç SDQ qüvvəsi öldürülüb, bir nəfər də yaralanıb. Hələlik bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, son 10 gün ərzində Suriyanın şimal bölgələrində Türkiyə ordusu və onun dəstəklədiyi terrorçuların artilleriya və dron hücumları artıb. Bu hücumlar nəticəsində onlarla Suriya Demokratik Qüvvəsi, Suriya Ordusu hərbçisi və mülki şəxs həlak olub və yaralanıb.

Daha çox oxuyun:
Türkiyə Ordusu Suriyanın şimalına artilleriya zərbələri endirib; Dörd mülki şəxs yaralanıb + VİDEO
Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyaya endirdiyi zərbələr nəticəsində onlarla Suriya ordusu, SDQ və dinc sakin ölüb və yaralanıb + VİDEO

Türkiyənin Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olan ərazilərə hücumlarının artması tendensiyası nəzərə alınmaqla, çox güman ki, SDQ agentləri Türkiyə ordusunun Suriyadakı bazalarına və ya Türkiyə ərazisində hücumlar təşkil edəcək; Görünməmiş bu cür hücum Türkiyə silahlı qüvvələrinin reaksiyası ilə nəticələnəcək və nəticədə Suriyanın şimalında gərginliyin artmasına səbəb olacaq.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir