Əhmədian Həniyyə ilə görüşdə: Fələstinin işğalına son qoymaq üçün ən təsirli strategiya müqavimətdir

Çərşənbə axşamı 20 İyun 2023 - 22:34
https://az.iswnews.com/?p=23278

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri ilə görüşündə deyib: “Fələstinin 75 illik işğalına son qoymaq üçün ən səmərəli strategiya müqavimətdir”.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə iyunun 19-da bir nümayəndə heyətinin başçılığı ilə Tehrana səfər edərək, İran İslam İnqilabının Ali Dini Rəhbərinin nümayəndəsi və İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədian ilə görüşüb və bölgədəki hadisələri müzakirə edib və Fələstindəki son siyasi və cəbhə hadisələrini məruzə edərək, müqavimət dəstələri arasında birlik və vəhdətin mümkün qədər gücləndirilməsi yolları barədə həmsöhbət olub.

Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əhmədian bu görüşdə sionist rejim başçılarının qorxu və çaşqınlığına səbəb olan işğal olunmuş ərazilərdəki hazırkı hadisələrə işarə edərək dedi: “Fələstinin 75 illik işğalına son qoymaq üçün ən səmərəli strategiya müqavimətdir”.

Milli Təhlükəsizlik Şurasının baş katibi HƏMAS-ın sionist düşmənə qarşı müqavimətini yüksək qiymətləndirib və deyib: “Bir vaxtlar Qəzzada özünü müdafiə etmək üçün mübarizə aparan Fələstin müqaviməti hazırda İordan çayının qərb sahilində mövcudluğunu gücləndirən hazırlıq mərhələsinə çatıb”.

Bu görüşdə İsmayıl Həniyyə də İran İslam Respublikasının İslam dünyası və Fələstin müqavimət dəstələri arasında birlik və əməkdaşlığın gücləndirilməsindəki görkəmli və təsirli rolunu, işğal olunmuş Fələstinin siyasi və cəbhə dəyişikliklərini və müqavimətə dair dəstəyini yüksək qiymətləndirib və qeyd edib: “Sionist rejimə qarşı müqavimət planlarımızı gücləndirməkdəyik”.

Qeyd edək ki, iyunun 14-də Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xamenei ilə görüşüb və müxtəlif məsələləri müzakirə etmişdir. İnqilab Rəhbəri bu görüşdə vurğulamışdır: “İordan çayının qərb sahilində müqavimət dəstələrinin artan qüdrəti sionist düşmənin diz çökdürməsinin əsas açarıdır və bu yol davam etdirilməlidir”.

Daha çox oxuyun: İmam Xamenei Ziyad Ən-Nəxxalə ilə görüşdə: Sionist rejim indi passivlik və irtica mövqeyindədir + FOTO

O, həmçinin iyunun 17-də Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədian ilə görüşüb və regionda baş verən son hadisələri, xüsusilə də işğal olunmuş ərazilərdəki son vəziyyət və sionist rejimin şəraitini müzakirə etmişdir”.

Daha çox oxuyun: İslami Cihad Hərəkatının baş katibi İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb

Son Fələstin və İran tərəfləri arasındakı müzakirələrin araşdırılması göstərir ki, Fələstin müqavimətinin gündəmində və müqavimət cəbhəsində olan məsələlər Fələstində, xüsusən də İordan çayının qərb sahilində müqavimət potensialının artırılması, iqtidarın bərpası kimi məsələlərdir. Həmçinin İslami Cihadın əvvəlki gücünü (İsraillə son döyüşdə nisbi zəifləmiş) bərpa etmək və hətta onun artırılması üçün müqavimət dəstələri və müqavimətə dəstək mərkəzləri arasında koordinasiyanı artırmaqdır.

İsrail rejiminin kəşfiyyat-təhlükəsizlik qurumlarının Fələstində müqavimətin hazırkı hərəkətləri üzərində nisbi üstünlüyünü nəzərə alsaq, ehtimal etmək olar ki, sionist rejimin Müqavimət qüvvələrinin artması, silahlarının genişlənməsi və anti-İsrail əməliyyatlarının azaldılması səbəbindən İordan çayının qərb sahilində kəşfiyyat və əməliyyatlarının sayı artacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir