Atəşkəs yenə pozulub və Ermənistanın metallurgiya zavoduna hücum olub + FOTO

Çərşənbə axşamı 20 İyun 2023 - 08:35
https://az.iswnews.com/?p=23256

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Respublikasının silahlı qüvvələrinin Ararat vilayətinin Yerasax kəndi yaxınlığındakı Oraşen metallurgiya (metal) zavodunu atəşə tutduğunu açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, “bazar ertəsi, 19 iyun yerli vaxtla saat 13:25-də Azərbaycan silahlı qüvvələrinin bölmələri Yerasaxda xarici sərmayə ilə tikilməkdə olan metallurgiya zavodunu müxtəlif çaplı silahlar vasitəsi ilə atəşə tutub”.

Oraşen zavodu Ermənistan və Amerika sərmayəsi ilə tikilir, 200 işçisi ilə iki ölkə sərhədi yaxınlığında 400 metr aralıda və Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd Ararat vilayətinin Yerasax kəndi yaxınlığında yerləşir. Ötən çərşənbə axşamından bəri Azərbaycan bu zavoda baxan yüksəklikdən dörd dəfə atəş açıb. Ötən çərşənbə günü bu atışmalar zamanı iki hindistanlı işçi yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir