İslami Cihad Hərəkatının baş katibi İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb

Bazar 18 İyun 2023 - 14:49
https://az.iswnews.com/?p=23163

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi Tehrana səfərinin davamında İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb və müzakirələr aparıb.

İyunun 17-də Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədian ilə görüşüb və regionda baş verən son hadisələri, xüsusilə də işğal olunmuş ərazilərdəki son vəziyyəti və sionist rejimin şəraitini müzakirə edib.

Əhmədian bu görüşdə Fələstin xalqının, xüsusilə müqavimət dəstələrinin, xüsusilə də İslami Cihad hərəkatının mübarizəsinin və misilsiz müqavimətinin davamını yüksək qiymətləndirib və deyib: “Fələstin xalqının istəkləri yalnız müqavimətlə və Qüdsün sionist qəsbkar rejimin pəncəsindən azadlığı ilə baş tuta bilər. Beş günlük müharibə göstərdi ki, sionist rejim tənəzzüldə və müqavimət dəstələri inkişaf etməkdədir”.

Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Fələstin xalqı və müqavimət dəstələrinə dəstək vermənin İran İslam Respublikasının əsas siyasətlərindən biri olduğunu bildirib və əlavə edib: “Biz İslami Cihad hərəkatının məqsədinə uyğun olaraq dəstək verməyi özümüzə borc bilirik. Fələstini azad edərək, güc və şərəflə yolumuza davam edəcəyik”.

İslami Cihad və digər müqavimət dəstələrinin sionist rejimlə qarşıdurmada təşəbbüs göstərdiyini vurğulayan Əhmədian deyib: “Müqavimət dəstələrinin bütün Fələstində yayılması sionist işğalçı rejimin çökməsinə və böyük İsrail planının iflasa uğramasına səbəb olacaq. İordan çayının qərb sahilinin müqavimət hərəkatına qoşulması sionist rejimə qarşı yeni meydan açdı”.

O, region ölkələrinin son onillikdə baş verən hadisələrdən ibrət dərsi almalı olduğunu bildirib və əlavə edib: “İşğalçı sionist rejimlə münasibətlərin normallaşdırılması, bölgənin təhlükəsizliyinə töhfə verməməklə yanaşı, ərəb və İslam dünyasında sosial gücün itirilməsinə səbəb olacaq və onların milli təhlükəsizliyini məhv edəcək”.

Bu görüşdə Ziyad Ən-Nəxxalə həmçinin Fələstin xalqının hüquqları uğrunda mübarizəyə görə İran İslam Respublikasının hərtərəfli və effektiv dəstəyini təqdir etdiyini, işğal altındakı Fələstində son hadisələr və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı hesabatını, xüsusilə müqavimət dəstələrinin bir-biri ilə əməkdaşlıqda və sionist rejim qarşısında son qələbəsini açıqladı.

Qeyd edək ki, Fələstin İslami Cihadının baş katibi Əli Əkbər Əhmədian ilə görüşdən əvvəl İran İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei ilə görüşüb və bəzi məsələləri müzakirə etmişdir.

Daha çox oxuyun: İmam Xamenei Ziyad Ən-Nəxxalə ilə görüşdə: Sionist rejim indi passivlik və irtica mövqeyindədir + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir