Əl-Qaidə Mudiya rayonunda Cənub Keçid Şurası Qüvvələri silahlılarına hücum edib

Şənbə 17 İyun 2023 - 22:03
https://az.iswnews.com/?p=23146

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Əbyən vilayətinin Mudiya rayonunda yerləşən Vadi Umran bölgəsində Cənub Keçid Şurası Qüvvələri silahlılarının maşınları yolunda baş verən bir neçə partlayış nəticəsində bir cənublu silahlı ölüb, 6 nəfər yaralanıb.

Əbyən əyalətindəki yerli mənbələr bu partlayışların səbəbkarı kimi “Əl-Qaidə” terror qruplaşmasının olduğunu bildirib.

Əl-Qaidənin Əbyən və Şəbvə əyalətlərində Cənub Keçid Şurası Qüvvələri silahlılarının mövqelərinə qarşı hücumları artır. Cənubluların Həzərmut əyalətinə sızması və onların daha çox iştirakına yönəlmiş addımlarına, Səudiyyə Ərəbistanı tərəfindən ciddi şəkildə etiraz edilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir