Ənsarullah lideri İslami Cihad Hərəkatının Yəməndəki nümayəndəsi ilə görüşdü

Şənbə 17 İyun 2023 - 20:06
https://az.iswnews.com/?p=23143

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husi Fələstin İslami Cihad Hərəkatının Yəməndəki nümayəndəsi Əhməd Bərəkə ilə görüşüb və söhbət edib.

Ənsarullah lideri Seyid Əbdülməlik Əl-Husi iyunun 16-da Fələstin İslami Cihad Hərəkatının Yəməndəki nümayəndəsi Əhməd Bərəkə ilə görüşüb və söhbət edib.

Seyid Əl-Husi bu görüşdə Yəmənin sionist düşmənə qarşı Fələstin xalqını dəstəkləməkdə qəti və prinsipial mövqeyini vurğuladı. O, həmçinin İslami Cihad hərəkatının və digər Fələstin müqavimət hərəkatlarının bu yaxınlarda Azadələrin İntiqamı döyüşündə və İsrailə qarşı mübarizədə qəhrəmanlıq və cihadçı rolunu yüksək qiymətləndirib.

Ənsarullah lideri Yəmən xalqının Fələstin xalqı və Fələstin müqavimət hərəkatlarına hər cür dəstək və yardım göstərməyə daim hazır olduğunu vurğulayıb.

İslami Cihad hərəkatının nümayəndəsi də öz növbəsində Yəmən xalqına Fələstin müharibələrindəki dəstəklərinə görə təşəkkür edib, Yəmən inqilabının liderinin rolunu yüksək qiymətləndirib, onun Fələstinə və müqavimət hərəkatlarına qarşı şücaətli mövqelərini yüksək qiymətləndirib.

Şəkil arxivdəndir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir