Gələn həftə Suriya Üzrə Beynəlxalq Astana Toplantısı keçiriləcək

Şənbə 17 İyun 2023 - 19:34
https://az.iswnews.com/?p=23140

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi Suriya Üzrə Beynəlxalq Astana Toplantısının gələn həftə 20-ci mərhələsinin keçiriləcəyini açıqlayıb.

Qazaxıstan Xarici İşlər Nazirliyi elan edib: “Suriya Üzrə Beynəlxalq Astana Toplantısının 20-ci mərhələsi iyunun 20 və 21-də keçiriləcək”.

Qazaxıstan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu görüş Astanada zamin ölkələrin, yəni Türkiyə, Rusiya, İranın nümayəndə heyətləri, həmçinin Suriya hökuməti və müxalifətinin nümayəndələrinin iştirakı ilə keçiriləcək. BMT və İordaniya, Livan və İraq ölkələri də bu iclasda müşahidəçi qismində iştirak edəcəklər.

Bu görüşdə iştirak edən tərəflərin Suriyadakı regional hadisələri, bu sahədəki son dəyişiklikləri, Suriyadakı humanitar vəziyyəti və ölkənin yenidən qurulması və suriyalı qaçqınların geri qayıtması üçün münasib şəraitin yaradılmasını nəzərdən keçirmələri nəzərdə tutulur.

Qeyd edək ki, Suriya problemlərinin müzakirəsi üzrə Astana Beynəlxalq Toplantıları 2017-ci ilin əvvəlində Qazaxıstanın paytaxtında başlayıb və indiyədək bu başlıq altında on doqquz toplantı keçirilib. 2022-ci il noyabrın 22-i və 23-də Qazaxıstanın paytaxtında keçirilən bu danışıqların son mərhələsində BMT, İran, Rusiya, Türkiyə və Suriya ölkələri, eləcə də müşahidəçi qismində Livan, İraq, və İordaniya bu toplantıya qatılmışdır.

Daha çox oxuyun: Qazaxıstanın paytaxtında 19-cu Astana Beynəlxalq Toplantısı keçirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir