Fələstində baş verən son hadisələr, 17 İyun 2023

Şənbə 17 İyun 2023 - 18:48
https://az.iswnews.com/?p=23137

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin müxalifət hərəkatının lideri Yair Lapid bu rejimin baş naziri Benyamin Netanyahudan daxili təhlükəsizlik naziri İtmar Ben Qafirin 1948-ci ildə işğal olunmuş ərazilərin sakinlərinə qarşı cinayətin və zorakılığın artmasına və cinayətlərdə polisin cinayətkar dəstələrlə şərikliyinə görə işdən azad edilməsini tələb edib.

-İbranidilli Walla xəbər saytının elanına görə, Misirlə sərhəd zolağında baş verən son qarşıdurmadan sonra Əl-Fəhəd batalyonunun əsgərləri üç İsrail əsgərinin öldürüldüyü yeri qorumağa razı deyillər və bu ərazidə növbələr 12 saatdan 8 saata dəyişib.

-Sionist rejimin 12-ci televiziya kanalı elan etdi: “ABŞ prezidenti Co Bayden İsrail prezidenti İshaq Hersoqu gələn ay ərzində Vaşinqtona səfərə və Ağ Evdə onunla görüşməyə dəvət edib”.

-İbrani dilində nəşr olunan “Yediot Aharonot” qəzeti İranla mümkün müharibəyə hazırlaşmaq üçün sionist rejim ordusunun (Aman) kəşfiyyat təşkilatında “54-cü bölmə” adlı yeni bölmənin yaradıldığını elan edib.

-Sosial şəbəkələrdə dərc olunan görüntülər göstərir ki, Moskvanın təhdidlərinə və sionist rejim hakimiyyətinin Kiyevə “Spike” zirehli raketlərin satışına qarşı çıxmasına baxmayaraq, bu raket Ukrayna hərbçilərinin əlinə çatıb.

-İyunun 13-də İsrail rejiminin baş naziri Benyamin Netanyahu bu rejimin təhlükəsizlik problemlərinin 90%-nin İrandan qaynaqlandığını bəyan etdi və vurğuladı ki, ABŞ-ın nüvə proqramı ilə bağlı İranla imzaladığı hər hansı bir müqavilə, Təl-Əvivi (heç nəyə) məcbur edə bilməz.

-İyunun 14-də Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziad Ən-Nəxxalə İrana səfəri zamanı İran İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei ilə görüşüb və onunla söhbət edib.

Daha çox oxuyun: İmam Xamenei Ziyad Ən-Nəxxalə ilə görüşdə: Sionist rejim indi passivlik və irtica mövqeyindədir + FOTO

-İyunun 15-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində sionist rejimin müdafiə naziri Yoaf Qallant ilə görüşüb və müzakirələr aparıb.

Daha çox oxuyun: Brüsseldə ABŞ və sionist rejim müdafiə nazirləri görüşdü

-İsrailin baş naziri Benyamin Netanyahu Knesset üzvləri ilə görüşündə İran və Rusiya münasibətlərini tənqid edərkən deyib ki, Ukraynaya silah göndərilməməsinin səbəbi İranın həmin texnologiyalara əl tapa bilməsi olub.

Daha çox oxuyun: Netanyahu: İranlıların əlinə düşməsin deyə, Ukraynaya silah vermirik!

-Sionist rejimin müxalifət hərəkatının lideri Yair Lapid bu rejimin baş naziri Benyamin Netanyahudan daxili təhlükəsizlik naziri İtmar Ben Qafirin 1948-ci ildə işğal olunmuş ərazilərin sakinlərinə qarşı cinayətin və zorakılığın artmasına və cinayətlərdə polisin cinayətkar dəstələrlə şərikliyinə görə işdən azad edilməsini tələb edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir