Türkiyə Ordusu Suriyanın şimalına artilleriya zərbələri endirib; Dörd mülki şəxs yaralanıb + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Ordusu və onun dəstəklədiyi terrorçular Hələb vilayətinin şimalında Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olan ərazilərə artilleriya hücumları nəticəsində 4 mülki şəxs yaralanıb.
İyunun 17-də səhər saatlarında Türkiyə Ordusu və onun dəstəklədiyi terrorçular Suriyanın Hələb vilayətinin şimalında yerləşən Təll-Rəəfət şəhəri və ətraf rayonlarını artilleriya hücumları ilə hədəfə alıb.
Bu hücumlar zamanı Təll-Rəəfət xəstəxanası da hədəfə alınıb, bu zaman biri tibb işçisi də daxil olmaqla 4 mülki şəxs yaralanıb.
Qeyd edək ki, Suriya Ordusu və Rusiya hərbçiləri 4 il əvvəl imzalanmış gərginliyin azaldılması sazişi şəklində Təll-Rəəfət şəhərində öz mövqelərini qoruyub saxlayıblar. Buna baxmayaraq, iyunun 11-də Türkiyə Ordusu ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında gərginliyin yeni mərhələsi başlayıb. Münaqişələrin yeni mərhələsində Türkiyə silahlı qüvvələri Suriyanın şimalına artilleriya və dron hücumlarına başlayıb və bu hücumlar zamanı onlarla Suriya Demokratik Qüvvəsi, Suriya Ordusu hərbçisi və dinc sakin ölüb və yaralanıb.
Daha çox oxuyun: Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyaya endirdiyi zərbələr nəticəsində onlarla Suriya ordusu, SDQ və dinc sakin ölüb və yaralanıb + VİDEO
Rəy