Amerika dronları Şəbvə əyalətində Əl-Qaidə ilə cənublular arasında qarşıdurmaya daxil olub + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika terrorçu ordusunun hücum dronları Yəmənin Şəbvə əyalətindəki Musina qəsəbəsində yerləşən Vadi Mudabda “Əl-Qaidə” terror qruplaşmasının mövqelərinə hücum edib.
İslah Partiyası silahlılarının Şəbvə əyalətindəki fəaliyyətlərinin və Əl-Qaidə terror qruplaşmasının Musina qəsəbəsində ötən həftə hücumlarının artmasından sonra Amerika terrorçu ordusunun hücum dronları bu gün iyunun 15-də səhər saatlarında Vadi Mudab bölgəsində Əl-Qaidə mövqelərinə hücum. Amerikanın bu hücumu, Əl-Qaidəyə qarşı tədbir görməkdən əlavə, onların Şəbvə Müdafiə Qüvvələri və Cənub Keçid Şurasına dəstəkdə ilk addımı hesab olunur.
Son üç gün ərzində Əl-Qaidə Musina bölgəsində Şəbvə Müdafiə Qüvvələri və Cənub Keçid Şurasının silahlı qüvvələrinin mövqelərinə ən azı beş hücum həyata keçirib, nəticədə bir neçə nəfər, o cümlədən, Şəbvə Müdafiə Qüvvələrinin Musinadakı komandiri Salim Hərsi Əl-Tusli həlak olub. Əl-Qaidə ilə əlaqəli mediaların dərc etdiyi görüntülərə görə, bu qruplaşma silahlıları Şəbvə Müdafiə Qüvvələrinin mövqelərinə hücumlarında indiyədək növü məlum olmayan dronlardan və ya kvadrokopterlərdən istifadə edib.
Əl-Qaidənin Musina qəsəbəsinə kütləvi hücumu bu qruplaşmanın Şəbvə, Əbyən və s. əyalətlərdə cənub qüvvələri ilə qarşıdurmalarının davam etməsində yeni və növbəti dəyişiklikdir. İslah Partiyasının tanınmış üzvlərindən və tərəfdarlarından biri olan Abdullah Əl-Baninin öldürülməsi və onun intiqamının Şəbvə Müdafiə Qüvvələrindən alınması səbəbi, Musinaya hücuma başlamaq üçün yaxşı səbəb oldu, lakin Amerika dronlarının cənubluları dəstəkləməsi məsələni daha da mürəkkəbləşdirib. Beləliklə cənubluların mövqeyi Şəbvə əyaləti səviyyəsində möhkəmlənəcək. Bu məsələ Səudiyyə Ərəbistanının dəstəyi ilə “İslah” partiyası silahlılarının Şəbvə əyalətinin mərkəzi olan Ətəq şəhərinin şimal cəbhəsindən mümkün hücumlarına təsir edəcək.
Daha çox oxuyun: Yəməndə İslah Partiyası ilə Cənub Keçid Şurası arasında silahlı qarşıdurma baş verib
Rəy