Rusiya dronlarının Ukrayna radarına hücumu uğursuz oldu; Ruslar Şahid 136-nın rus variantını hazırlaya biliblərmi? + VİDEO

Cümə axşamı 15 İyun 2023 - 15:11
https://az.iswnews.com/?p=23051

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna qüvvələri Rusiya ordusu ilə qarşıdurmanın ön cəbhəsindən video yayımlayaraq, iki “Geran” kamikadze dronunun (Şahid 136-nın rus versiyası) məhv edildiyini iddia edib.

Bu videoda iki dronun (Şahid 136 və ya 131) Ukrayna qüvvələrinin 36D6 radarının yerləşdiyi yerə uğursuz hücumunu görmək olar. Videonun birinci hissəsində Ukrayna qüvvələri naməlum səbəblərdən yerə kifayət qədər dəqiqliklə düşməyən kamikadze dronu atəşə tutur. Videonun ikinci hissəsində ilk olaraq Ukrayna raket sistemi tərəfindən hədəfə alınan ikinci kamiakdze dronu səhnəyə gəlir, lakin raket səhv gedir və dron ondan yan keçir. Nəhayət, bu dron da kifayət qədər dəqiqliklə deyil, Ukrayna radarının ətrafına düşür.

Buna səbəb idarəçilik sisteminin qeyri-kafi dəqiqliyi, rus kamikadze dronları hissələrinin keyfiyyətinin aşağı salınması və dronun güllə ilə vurulması nəticəsində zədələnməsi ola bilər. Bildirilir ki, Rusiyanın kamikadze dronları, o cümlədən “Geran”, GPS əvəzinə QLONASS peyk naviqasiya sistemindən istifadə edir və hədəfləri vurmaqda dəqiqliyin azalmasının əsas səbəbi budur. Buna əsaslanaraq demək olar ki, ruslar “Şahid 136” dronunun rus versiyasını istehsal edib və Ukrayna müharibəsində ondan geniş istifadə edirlər.

İkinci məsələ, rusların cəbhə xəttinin arxasındakı əməliyyatlarla yanaşı, ön cəbhə əməliyyatlarında da “Geran” kamikadze dronlarından istifadə etməsi, bu dronun Rusiyada geniş şəkildə yığılmasının və ya bu dronun ehtiyatlarının yüksək olmasının başqa bir səbəbidir. Çox güman ki, ruslar bu kamikadze dronunun hissələrini İran və Çindən alıb öz ərazilərində montaj xəttini yaratmağa nail olublar.

Onu da qeyd etmək lazımdır ki, İranın Şahid 136 dronu (yalnız qanadlarının forması baxımından) aşağı radar radiusunda uça bilməsi və gövdənin istehsalında istifadə edilən xüsusi növ karbon lifi səbəbindən güllə və bəzən müdafiə raketləri zərbələri nəticəsində parçalanmır və dron hədəfə doğru uçmağa davam edə bilir.

Daha çox oxuyun: Hərbi məlumat: Şahid-136 Kamikadze Dronu

Rusiya dronlarının Ukrayna ordusunun 36D6 radarının yerləşdiyi yerə uğursuz hücumu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir