Rusiya Azərbaycandakı səfirini dəyişdi
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı yeni və səlahiyyətli səfiri təyin edib.
Mixail Boçarnikovun yerinə Mixail Yevdokimov təyin edilib.
Mixail Yevdokimov Azərbaycan Respublikasına səfir təyin olunmazdan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyinin (MDB) Birinci Departamentinin direktoru vəzifəsində çalışırdı. O, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin baş idarəsində və Rusiyanın Cenevrədəki BMT-dəki səfirliyində müxtəlif vəzifələrdə çalışıb.
Mixail Yevdokimov kimdir?
-1959-cu ildə anadan olub.
-Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur.
-Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və həmçinin, Rusiyanın Cenevrədəki BMT yanında missiyasında müxtəlif vəzifələrdə çalışıb.
-Yevdokimov, Azərbaycana səfir təyin olunana qədər Rusiya XİN-nin MDB ölkələri üzrə birinci departamentinə rəhbərlik edib.
-Bu vəzifədə o, MDB, KTMT və Aİİ-də əməkdaşlıq məsələlərinə nəzarət edib.
Rəy