Şəbvə Müdafiə Qüvvələri BƏƏ-nin hədiyyə etdiyi dronu vurdu! + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəməndəki Şəbvə Müdafiə Qüvvələri Şəbvə vilayətinin qərbində səhvən Əl-Əmaləqə qüvvələrinə məxsus dronu vurub.
Şəbvənin Müdafiə Qüvvələri dünən 13 iyun tarixində səhər saatlarında Şəbvə vilayətinin qərbində yerləşən Bihan rayonunun səmasında Əl-Əmaləqə qüvvələrinə məxsus kəşfiyyat dronunu səhvən təqib edib və vurub.
Bu hadisə Şəbvə Müdafiə Qüvvələrinin son günlər Əl-Qaidə və İslah Partiyasının silahlı qrupları tərəfindən hücuma məruz qaldığı bir vaxtda baş verib. Bu hücumların bəziləri dronlar və kvadrokopterlər tərəfindən həyata keçirilib və bu, Əl-Əmaləqə qüvvələrinə aid dronun vurulmasının əsas səbəbi ola bilər.
Bu dron Çin istehsalıdır və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Əl-Əmaləqə Qüvvələrinin Kəşfiyyat Batalyonuna təqdim edilmiş VTOL FIXED WING tiplidir. Qeyd edək ki, Şəbvə Müdafiə Qüvvələri və Əl-Əmaləqə silahlıları hər ikisi BƏƏ-nin dəstəyi altındadır.
Daha çox oxuyun: Əl-Əmaləqə qüvvələri Bihan rayonuna nəzarəti ələ keçirib
Rəy