İsrail aviasiyası Dəməşqin ətrafına hücum edib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib.
Suriya hərbi mənbəsindən verilən məlumata görə, çərşənbə günü saat 01:05 (yerli vaxtla) radələrində sionist düşmən işğal altındakı Colandan bir neçə raketlə Dəməşq ətrafında yerləşən hədəflərə hücum edib və hava hücumundan müdafiə qüvvələri raketlərin əksəriyyətini vurub. Bu hücum bir suriyalı əsgərin yaralanması və maddi ziyanla nəticələnib.
Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun “Əl-Kisvə” bölgəsi yaxınlığındakı mövqelərindən birinin İsrail qırıcıları tərəfindən hədəfə alındığı bildirilir.
“İslam Dünyası Xəbərləri”nin araşdırmasına əsasən, sionist rejim ordusunun Dəməşq ətrafına hava hücumu İran İR-in Mahan Air Airbus A310-304 təyyarəsinin Dəməşq hava limanından havaya qalxmasından cəmi bir neçə dəqiqə sonra baş verib.
Qeyd edək ki, mayın 28-də sionist rejim qırıcıları işğal altındakı Colandan bir neçə raket ataraq, Dəməşq ətrafında yerləşən hədəflərə hücum etmişdir. Bu hücum maddi ziyana səbəb olmuşdur.
Daha çox oxuyun: İsrail aviasiyası Suriyanın paytaxtına hava zərbələri endirib + FOTO
Rəy