Rusiya ordusu Ukraynanın Leopard tanklarını darmadağın etdi + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu Zaporojya cəbhəsində Ukrayna qüvvələrinin əks hücumu zamanı Qərb ölkələrinin hədiyyə etdiyi onlarla zirehli texnika və “Leopard” tankını darmadağın edib.
İyunun 8-də Rusiya mətbuatı Zaporojya cəbhəsində rus ordusunun komandirlərinə istinadən Ukrayna ordusunun bu cəbhədə genişmiqyaslı hücuma başladığını elan edib.
Ukrayna qüvvələri ilk dəfə olaraq Urixov bölgəsindəki münaqişələr zamanı Leopard 2A4 tanklarından (Almaniya istehsalı) istifadə edib. Ukrayna ordusu Zaporojya cəbhəsində kütləvi hücuma başlamaq üçün ABŞ və Avropa ölkələrinin göndərdiyi “Bradley” zirehli maşını (ABŞ istehsalı), Amerp və T-72 tankları və digər texnikalardan da istifadə edib.
Ruslar bu münaqişədə ən azı beş Leopard 2 tankı, altı Bradley zirehli maşını, bir minaaxtaran texnika, iki Hollandiya və Fransa zirehli maşını və bir neçə digər yük maşınını çoxsaylı foto sənədləri yayaraq məhv etdiklərini iddia ediblər. Yayımlanan videogörüntülərə görə, Ukrayna qüvvələrinin texnikasının məhv edilməsi “Kamov 52” helikopteri, “Lancet-3” kamikadze dronu, kəşfiyyat dronlarının dəstəyi ilə artilleriya hücumları, həmçinin zireh əleyhinə idarə olunan raketlərlə həyata keçirilib.
Daha çox oxuyun:
Hərbi Məlumat: Leopard 2 Tankı
Almaniyanın Ukraynaya yardım paketi müharibənin gedişatını dəyişəcəkmi?
Qeyd edək ki, qərb ölkələrinin planı ondan ibarət idi ki, azı 300 tankı olan Ukrayna ordusu quru döyüşlərində əks-hücumlarla Rusiyanın üstünlüyünə meydan oxuya, bir neçə hərbi əməliyyat keçirərək Ukraynanın şərq və cənub torpaqlarını Rusiyanın nəzarətindən çıxara bilər. Ukrayna Ordusunun tankları və zirehləri mövcud deyildi. Bununla əlaqədar Almaniya, Kanada, Polşa, İspaniya və digər Avropa ölkələri tərəfindən Ukraynaya 50-dən az Leopard tankı göndərildi.
Hazırda Rusiya ordusu Urixov vilayətində Ukrayna ordusunun ağır əks-hücumunu dəf etməyə müvəffəq olub və ukraynalıları Ukraynanın cənubundakı əməliyyatın əsas hədəfi olan Melitopol şəhərinə doğru hərəkət etməkdən müvəqqəti çəkindirib. Bu münaqişədə qərblilərin Ukraynaya bağışladığı yeni texnikaların məhv edilməsi, son aylarda Qərbin təbliğatına ağır zərbə vurdu. Qərb mediası aylardır iddia edir ki, Ukrayna ordusuna göndərilən yeni alman tankları və zirehli texnikası Ukrayna müharibəsinin balansını öz xeyrinə dəyişəcək! Lakin rus ordusunun cənub cəbhələrində ciddi çalışması və saysız-hesabsız texnikası, Ukrayna döyüşlərində öz üstünlüyünü qoruyub saxlamasına kömək etdi.
Rəy