Ağ Ev: Rusiya İranın köməyi ilə Moskvanın şərqində PUA zavodu tikir!

Şənbə 10 İyun 2023 - 23:25
https://az.iswnews.com/?p=22911

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü İranın Rusiyaya Moskvanın şərqində pilotsuz uçan aparat fabrikinin tikintisinə kömək etdiyini iddia edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi iyunun 9-da iddia edib ki, ABŞ kəşfiyyat rəsmiləri İranın Rusiyaya Ukraynadakı müharibə üçün Moskvanın şərqində pilotsuz uçan aparat istehsalı zavodunun tikintisinə kömək etdiyinə inanır. Rusiyanın Alabuqa Xüsusi İqtisadi Zonasında PUA istehsalı zavodu gələn ilin əvvəlində işə düşə bilər.

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Ukraynanın paytaxtı Kiyevə edilən son dron hücumlarına və dinc əhali arasında çaxnaşma yaratdığına toxunaraq deyib: “May ayına qədər Rusiya İrandan yüzlərlə hücum və kamikadze pilotsuz uçan aparat, eləcə də dron istehsalı avadanlıqları alıb”.

ABŞ-ın milli təhlükəsizlik sözçüsü xəritə dərc edərək iddia edib ki, bu foto İran pilotsuz təyyarələrinin Rusiyaya, daha sonra isə Ukraynadakı döyüş cəbhəsinə göndərilmə marşrutunu göstərir.

Onun iddiasına görə, İran pilotsuz təyyarələri Behşəhr yaxınlığındakı Əmirabad limanında yüklənir və Xəzər dənizi vasitəsilə Rusiyanın Dağıstan Respublikasının Mahaçqala limanına gedir. Rusiya daha sonra döyüş meydanında istifadə üçün iki marşrutdan qərb sərhədlərinə pilotsuz təyyarələr göndərir.

ABŞ hökuməti Rusiyada İran pilotsuz uçan aparatlarının istehsalı üçün zavod tikəcəyini rəsmən elan etməmişdən əvvəl “Wall Street Journal” anonim mənbələrə istinadən Tehran və Moskvanın Rusiya daxilində İran pilotsuz təyyarələrinin istehsalı üçün altı min dron istehsal gücünə malik mərkəz tikməyi planlaşdırdığını iddia etmişdi.

Daha çox oxuyun: Wall Street Journal: Tehran və Moskva Rusiyada İran dronları istehsal etmək istəyirlər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir