İraqın şimalındakı Türkiyə hərbi bazasına raket zərbələri endirilib

Çərşənbə axşamı 6 İyun 2023 - 21:40
https://az.iswnews.com/?p=22826

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası naməlum şəxslərin raket hücumu ilə hədəfə alınıb.

Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəşiqə hərbi bazası bir neçə saat əvvəl bir neçə raketlə hədəfə alınıb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib, lakin əvvəlki hücumları nəzərə alsaq, bu hücumun müqavimət dəstələri tərəfindən həyata keçirildiyi ehtimal edilir.

“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, 2023-cü ilin martın 21-dən bəri Bəşiqə hərbi bazasına edilən ilk raket hücumudur. 2022-ci il martın 21-dən 2023-cü il martın 21-dək müqavimət dəstələri və naməlum şəxslər Bəşiqə bazasını raket və dron hücumları ilə on səkkiz dəfə hədəfə almışdılar.

Qeyd edək ki, 2023-cü il fevral ayının 1-də Bəşiqə hərbi bazası “Əhrar Əl-İraq” müqavimət dəstəsi tərəfindən raket hücumu ilə hədəfə alınmışdır.

Daha çox oxuyun: Türkiyə ordusunun İraqın Neynəva vilayətindəki bazasına raket hücumu olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir