Nasir Kənani: Azərbaycan xalqını qorxutmalı olan sivil və islami İran deyil, sionist rejimdir + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani son günlər Azərbaycan Xarici İşlər Nazirliyinin öz vətəndaşlarını İrana səyahətdən çəkindirdiyi şərhlə dair, “Azərbaycan xalqını qorxutmalı olan sivil və islami İran deyil, sionist rejimdir” deyərərk reaksiya verib.
İran İslam Respublikasının xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün 5 iyun tarixində öz səhifəsində yayımladığı tvittə belə yazıb: “Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana səfəri ilə bağlı xəbərdarlıq edib! Bu, saxta, uşaq öldürən və işğalçı sionist rejimin prezidentinin Bakıya son səfəri zamanı apardığı siyasətin eynisidir. Azərbaycan xalqını qorxutmalı olan sivil və İslami İran deyil, sionist rejimdir. Bizim siyasətimiz hələ də vizanı ləğv etmək və azərbaycanlı bacı-qardaşlarımıza qollarımızı açmaqdır. Qarşılıqlı hörmət və qonşuluq prinsiplərinə riayət çərçivəsində təbii ki, qonşuluq siyasətinin davam etdirilməsi gündəmimizin başında durur”.
Daha çox oxuyun: Azərbaycan öz qonşusunu səyahət üçün vətəndaşlarına məsləhət görmədi
Rəy