İraqda baş verən son hadisələr, 3 İyun 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının 53-cü Briqadası və İraq Ordusunun qüvvələri Neynəva vilayətində yerləşən Təlləfər şəhərinin şərq bölgələrində, bu ərazilərin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib etmək və həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.
1- Bağdad:
Mayın 28-də İraq parlamenti sədrinin birinci müavini Möhsün Əl-Məndlavinin evində İraqın şiə siyasi qüvvələrinin koordinasiya çərçivəsinin iclası keçirilib. İraq Baş naziri və koordinasiya çərçivəsi başçılarının iştirakı ilə keçirilən bu iclasda son siyasi hadisələr və bir sıra mühüm hadisələr və İraqın büdcə qanunu layihəsi nəzərdən keçirilib.
2- Əl-Ənbar:
– Mayın 28-da Əl-Ənbardakı Həşd-Şəəbi əməliyyatlarının komandiri Qasim Muslih deyib: “Həşd-Şəəbi qüvvələri dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq dinc əhalini hədəfə almaq niyyətində olan İŞİD terror ünsürlərinin cinayət planını pozdu. O, əlavə edib ki, terrorçu ünsürlər insanlar arasında partlayıcı kəməri işə salmaq niyyətində olublar və bu kəmər Həşd-Şəəbi qüvvələrinin sayıqlığı ilə zərərsizləşdirilib”.
– İyunun 2-də Əl-Ənbar vilayətində Həşd-şəəbi Təşkilatının 27-ci briqadasının qüvvələri tərəfindən İŞİD terror qruplaşmasının ünsürlərindən biri həbs edilib.
3- Neynəva:
İyunun 1-də Həşd-Şəəbi Təşkilatının 53-cü Briqadası və İraq Ordusu qüvvələri Təlləfər şəhərinin şərq bölgələrində bu bölgənin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək məqsədilə təhlükəsizlik əməliyyatına başlayıb.
4- İran silahlı qüvvələrinin addımları və ölkənin qərb sərhədlərinə silah göndərməsi İraqın Kürdüstan bölgəsində yerləşən anti-İran terror qruplaşmalarına qarşı yeni bir hücumun yaxınlaşdığını göstərir.
Daha çox oxuyun: İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsindəki terrorçu qruplara qarşı yeni hücumları yaxındırmı? + VİDEO
5- Mayın 28-də İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci Tehrana səfəri zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Əli Əkbər Əhmədian ilə görüşüb və müzakirələr aparıb. İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi bu iclasda deyib: “Biz İraq hökumətindən bu razılaşma çərçivəsində bu ölkədə İran İslam Respublikası İnqilabı əleyhinə olan ünsürlərin mövcudluğuna son qoyaraq, tezliklə ölkənin İranla sərhədlərinin təhlükəsizliyinə zəmanət verməsini gözləyirik”.
6- İyunun 1-də İraqın Terrorla Mübarizə Təşkilatının rəhbəri general Əbdül Vəhhab Əl-Səədi Terrorla Mübarizə Təşkilatı qüvvələri tərəfindən 27 İŞİD terrorçusunun öldürüldüyünü açıqlayıb.
7- Mayın 31-də Birləşmiş Millətlər Təşkilatının ofisi bir bəyanat yayaraq elan etdi: “Təhlükəsizlik Şurası bu təşkilatın İraqdakı nümayəndəliyinin missiyasını bir il müddətinə 31 may 2024-cü ilə qədər uzadıb”.
8- Məlumatlı mənbə 3 iyun tarixində bildirib ki, “bir lider də daxil olmaqla 4 terrorçunun öldürüldüyü hava hücumundan sonra Diyalə şəhərinin şimal-şərqindəki Həmrin bölgəsində 5 məntəqə hazır vəziyyətə gətirilib”.
Rəy