Ukrayna kamikadze dronlarla Moskvaya hücum edib + VİDEO

Çərşənbə axşamı 30 May 2023 - 14:15
https://az.iswnews.com/?p=22523

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna ordusu Rusiyanın Kiyev və digər şəhərlərə son hücumlarına cavab olaraq 8 kamikadze dronu ilə Moskvaya hücum edib.

Rusiya xəbər mənbələrinin məlumatına görə, bu ölkənin paytaxtı Moskva bu gün səhər saatlarında Ukrayna ordusuna məxsus bir neçə UJ-22 kamikadze dronu ilə hücuma məruz qalıb. Rusiya ordusunun hava hücumundan müdafiəsi bu dronların bir qismini vura bilib. Dronların digər qismi isə yaşayış binalarını vurub.

Rusiya Müdafiə Nazirliyi hücum edən dronların sayının səkkiz olduğunu, bunlardan beşinin Pantsir müdafiə sistemi, digər üçünün isə elektron müharibə vasitəsi ilə vurulduğunu bildirib.

Daha çox oxuyun: Hərbi Məlumat: Pantsir-S2 Hava Hücumundan Müdafiə Sistemi

Bu hücum heç bir itki ilə nəticələnməyib və dronlar Moskvanın yaşayış məntəqələrində bir neçə binaya cüzi ziyan vurub.

Moskva Ukraynanın şimal sərhədlərindən 470 kilometr aralıda yerləşir və Ukrayna müharibəsi başlayandan bəri nadir hallarda hücuma məruz qalır. Rusiya ordusu son üç gündə davamlı olaraq Kiyev şəhərinə dronlar və raketlərlə hücum edib. Ukraynanın bu hücumunu Rusiyanın hücumlarına cavabı hesab etmək olar.

Daha çox oxuyun: Rusiyada Kreml Sarayına naməlum dronlar hücum edib + VİDEO

Ukraynaya aid dronun Moskva səmasında hərəkəti 1
Ukraynaya aid dronun Moskva səmasında hərəkəti 2
Ukraynaya məxsus dronlardan biri Moskvada yaşayış binasına dəyib
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir