Terrorçular Suriyanın şimal-qərbində İran qüvvələrinin qərargahına hücum etdiklərini iddia ediblər + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarül-İslam terror qruplaşması Suriya sahillərində İran qüvvələrinin yerləşdiyi iddia edilən yerə öz ünsürlərinin hücum etdiyini əks etdirən video yayımlayıb.
Bəzi hərəkətli qrafiklərdən və İŞİD-ə aid nəğmələrdən istifadə edilən bu videoda Ənsarül-İslam ünsürlərinin İran müşavirlərinin qərargahına necə basqın etdiyi, müxtəlif cəhətlərdən havadan və həmçinin bir nəfərin çəkdiyi görüntüləri (GoPro kamerası ilə) və üzərində İran İslam Respublikasının bayrağı asılmış qərargahdan bir sıra şəhidlərin təxliyyəsi təsvir edilib.
Qeyd edək ki, “Ənsarül-İslam”ın xəbər mənbələri aprelin 9-da iddia etmişdilər ki, onlar aprelin 6-da cümə axşamı günü İran qüvvələrinin Suriyanın Latakiya şəhəri ətrafında yerləşən Sahil bölgəsindəki qərargahına hücum təşkil edib, nəticədə bir neçə nəfəri şəhid və bir neçə nəfəri yaralayıblar.
Bu iddia ondan bir həftə əvvəl sionist rejimin Dəməşq yaxınlığında İran İslam Respublikasının müşavirləri yerləşdiyi yerə hücum edərək iki iranlı qüvvəni şəhid etmişdir.
İsrailin Dəməşq ətrafına hava hücumundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələri aprelin 2-də sionist rejim qırıcılarının martın 31-də Dəməşq ətrafında hücumundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi məsləhətçilərindən ikisinin şəhid olduğunu elan etmişdir.
Daha çox oxuyun: İsrailin Dəməşqə hava hücumu nəticəsində daha bir Sepah müşaviri şəhid oldu + FOTO
Qeyd edək ki, ərəb ölkələrinin Suriya hökuməti ilə münasibətləri normallaşdırmaq səyləri nəticəsində İdlib və onun ətrafında məskunlaşan ekstremist ünsürlər Suriya hökumətinin qüvvələrinə və Suriya hökumətinin müttəfiqlərinə qarşı əməliyyatlarının intensivliyini son ay artırıblar. Bu arada “Ənsarül-İslam” Suriyada yerləşən Rusiya və İran qüvvələrinə hücum etmək iddiası ilə daha çox etibar qazanmağa çalışır.
Qeyd edək ki, “Ənsarül-İslam” terror qruplaşmasının qərargahlarının əksəriyyəti İdlibin qərbində yerləşən Cisr Əş-Şuğur və Həmanın qərbində Səhl Əl-Ğab və Latakiyanın şimal-şərqində yerləşən Cəbəl Əl-Türkman ətrafında yerləşir. Bu qruplaşmanın üzvlərinin sayının 250 nəfər olduğu təxmin edilir ki, onların da əksəriyyəti İraq, İran və Suriyadan olan kürdlərdir.
Rəy