Korrupsiya, Amerika işğalçlarının İraq üçün unudulmaz mirası!

Çərşənbə 24 May 2023 - 18:41
https://az.iswnews.com/?p=22202

İraqın işğalının ildönümündə və ABŞ-ın rəhbərlik etdiyi bu ölkənin işğalından iyirmi il sonra İraqın yeddinci baş naziri Məhəmməd Əl-Sudani korrupsiyanı ölkənin üzləşdiyi ən böyük problemlərdən biri elan etdi və bunu “terror təhlükəsindən daha təhlükəli” adlandırdı. İraqın 43 milyon vətəndaşının çoxu korrupsiya və onun İraqda yaratdığı problemlər barədə baş nazirləri ilə həmfikirdir.

İctimai sorğular və İraqdakı etiraz hərəkatları da bu iddianı sübut edir. Amma maraqlısı budur ki, İraq vətəndaşlarının bir qismi korrupsiya böhranını 2003-cü il müharibəsi və ondan sonrakı Amerika işğalı ilə əlaqələndirir, digərləri isə bu böhranda böyük ölçüdə hökuməti və ölkə siyasətçilərini günahlandırır.

İşğaldan sonra İraqın yenidən qurulması dövrünün xarici maliyyə yardımları və xarici podratçılar, xüsusən də amerikalıların gəlməsi ilə bir vaxtda olması, iraqlı korrupsionerlərin İraq əmlakını oğurlamaqda öz xarici qonaqları ilə əməkdaşlıq etmək imkanı yaratdı və yenidənqurma layihəsinə böyük maneə yaratdı. Bu maneələr yenidənqurma prosesini ləngitməklə yanaşı, İraq vətəndaşlarının ictimai rəyini tamamilə hakimiyyətə qarşı qoydu.

İraqın korrupsiya ilə mübarizəsi, xüsusən də dövlət sektorunda baş almış korrupsiya, İraq hökumətinin işğaldan və Bəəs rejimindən (Səddam Hüseyn hakimiyyəti) sonrakı yenidən qurulması siyasətlərinə gedib çıxır. İraqın yenidən qurulmasında ABŞ bir çox layihələrə qeyri-qanuni və rəsmi nəzarət olmadan külli miqdarda əmlak paylayıb. Bu prosesdə dövlətin demək olar ki, bütün bölmələrində və hətta qeyri-hökumət təşkilatlarında mənimsəmə və asan pul qazanma susuzluğu yarandı. Əl-Sudani hökumətini qarşıda çətin işlər gözləyir, çünki o, İraq vətəndaşlarının rifahını yüksəltmək üçün dövlət xidmətlərini və infrastrukturu təkmilləşdirməyə çalışarkən korrupsiyaya qarşı mübarizə aparmalıdır.

Korrupsiya və dövlət xidmətlərinin seçmə bölgüsü ABŞ-ın İraqı işğal etməzdən əvvəl və Səddam Hüseyn rejimi dövründə mütləq mövcud idi. 1968-ci ildə İraq Bəəs Partiyası dövlət çevrilişi ilə İraqa nəzarəti ələ keçirdi və sonradan neft gəlirləri ilə dövlət xidmətlərinin təmin edilməsinə böyük sərmayə qoydu. Beləliklə 1980-ci illərdə neft gəlirlərinin azalması, İranla müharibə və iqtisadi islahat tədbirləri İraq hökumətinin ictimai xidmətlər üçün büdcəsini ciddi şəkildə azaltdı. 1990-cı ildə Fars körfəzi müharibəsi və sonrakı sanksiyalar hökumət infrastrukturunu, xüsusən də İraqın elektrik və su şəbəkələrini məhv etdi. 1990-2000 ci illərdə İraqın əksər əhalisi elektrik enerjisinə çıxışı yox idi və xüsusilə uşaqlar arasında qida çatışmazlığı kəskin şəkildə artmışdı.

Bu çətin vəziyyətdə “Neft əvəzinə ərzaq” planı humanitar yardım müqabilində İraq neftinin satışını mümkün etdi. Bu plan İraq hakimiyyəti, beynəlxalq şirkətlər və BMT əməkdaşları tərəfindən geniş yayılmış saxtakarlıqla üzləşdi. İraq daxilində bu proqramdan ən çox qazanan Səddam və onun ətrafı oldu və sanksiyalar dövründə sistemli korrupsiyanın yeni əlamətləri ortaya çıxdı. İşsizliyin kütləvi şəkildə artması hökumət qurumlarında işə götürmə səylərinə və nəticədə İraqda bürokratiyanın artmasına səbəb oldu. Beləliklə, bu da bu günə qədər davam edir.

Bununla belə, 2003-cü ildən sonra yenidənqurma üçün beynəlxalq yardım və müqavilələrdə və xərclərdə şəffaflığın olmaması İraqın dövlət sektorunda korrupsiyanı maksimum dərəcədə artırdı. 2003-cü ildən 2014-cü ilə qədər yenidənqurma işlərinə 220 milyard dollardan çox, o cümlədən 74 milyard dollardan çoxu xarici yardım (Dünya Bankının 2023-cü il İraq hesabatına istinadən) xərclənib. Lakin yüksək xərclərə baxmayaraq, reallıqda İraq cəmiyyəti inkişafa doğru irəliləmədi. Köhnə sosial böhranlar və yeni böhranlarla yanaşı, yoxsulluq və maliyyə problemləri yenidənqurmaya xələl gətirdi və yenidənqurma səylərinə həddindən artıq xərclər və inzibati korrupsiya mane oldu.

Yardım layihəsinin podratçıları, İraq rəsmiləri və ABŞ-ın monitorinq işçiləri yenidənqurma layihələrinin icrası zamanı birbaşa korrupsiya ilə məşğul olublar. Beynəlxalq yardımların birbaşa oğurlanmasına, eləcə də layihələrin həyata keçirilməsində maliyyə korrupsiyasına yol vermiş amerikalı podratçılar və personallar haqqında çoxlu məlumatlar var. Amerikalı podratçılar və hətta bəzi İraq yerli podratçılar layihə xərclərini artıraraq, həddindən artıq detallara və məsrəflərə qarışaraq bu layihədən yararlana bildilər. Məsələn, ABŞ-ın İraqın yenidən qurulması üzrə xüsusi nümayəndəsinin hesabatında (2013-cü ilin martında dərc olunmuş İRAQIN YENİDƏN QURULMASI ÜÇÜN XÜSUSİ BAŞ MÜSTƏKTORUNUN YEKUN HESABATINDAN istifadə etmiş Brookings Notes-dan tərcümə edilmiş) İraqın yenidən qurulması üçün ayrılan 60 milyard dollardan ən azı 8 milyard dollar tamamilə boş yerə xərcləndiyi təxmin edilir.

Kanalizasiya, su təchizatı və elektrik şəbəkəsi kimi dağılmış və ya tam aradan getmiş ictimai infrastrukturların bərpasında müəyyən nailiyyətlər əldə olunsa da, bu xərclər ilkin planlaşdırıldığından xeyli uzun və daha yüksək məvaciblərlə yerinə yetmişdir. Qeyd etmək lazımdır ki, bir çox kiçik şəhər və kəndlər, xüsusən də İraqın qərbində və cənubunda hələ də sosial xidmətlərdən əziyyət çəkirlər. ABŞ podratçıları və personalları ilə bağlı bir çox fırıldaqçılıq halları aşkar edilərək mühakimə olunsa da, çox güman ki, qeydlərin aparılmaması səbəbindən mühakimə olunmur.

ABŞ hökumətinin fırıldaqçılıq və israfçılığın dəqiq miqdarını bilməyi qeyri-mümkün edən layihələrin idarə edilməsi mexanizmləri və beynəlxalq müqavilələri İraq məsələsində effektiv olmadı və İraq hökumətinin korrupsiya ilə mübarizə təşəbbüslərini faydasız edən korrupsiyaları daha çox artırdı. Burada bəzi İraq siyasətçiləri və tanınmış simalarından başqa, xarici agentlərin də böyük rolu olduğu korrupsiya ilə, xüsusilə inzibati korrupsiya və maliyyə korrupsiyası ilə mübarizə mexanizmlərinin davam etdirilməsində Əl-Sudani hökumətinin necə hərəkət edəcəyi maraqlıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir