Türkiyə İraqın Neynəva vilayətinə dron hücumu edib; YBS-nin 3 üzvü öldürüldü + VİDEO

Çərşənbə 24 May 2023 - 17:23
https://az.iswnews.com/?p=22195

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Sincar Müqavimət Qüvvələrinin (YBS) Snuni bölgəsindəki qərargahına dron hücumu nəticəsində YBS qüvvələrinin 3 üzvü həlak olub.

Mayın 23-də Türkiyə ordusunun dronları Sincar Müqavimət Qüvvələrinin (YBS) Neynəva vilayətinin Sincar şəhərinin Snuni bölgəsindəki qərargahına hücum edib, nəticədə bir neçə nəfər ölüb və yaralanıb.

Bununla əlaqədar olaraq İraq Kürdüstanı Terrorla Mübarizə İdarəsi bəyanat yayaraq hücumun yerli vaxtla səhər saat 5-də (çərşənbə axşamı) həyata keçirildiyini və bu hücumda YBS qərargahlarından birinin hədəf alındığını açıqlayıb. Nəticədə onlardan üç nəfər həlak olub.

Bu hücum nəticəsində daha iki nəfərin yaralandığı və tibb mərkəzlərinə aparıldığı bildirilir. Hələlik əlavə təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, mayın 16-da Türkiyə ordusunun dronları Kürdüstan Fəhlə Partiyasına (PKK) aid Sincar şəhərinin kənarında yerləşən Xanasur bölgəsindəki qərargahını hədəfə almış və bu zaman 3 PKK əsgəri həlak olmuşdur.

Daha çox oxuyun: İraqın Neynəva vilayətində PKK-nın qərargahına Türkiyənin dron hücumu nəticəsində 3 nəfər həlak olub + FOTO və VİDEO

Hadisə yerindən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir