Çin Ənsarullahla neft kəşfiyyatı ilə bağlı razılaşmanı rədd etdi

Çərşənbə axşamı 23 May 2023 - 23:18
https://az.iswnews.com/?p=22192

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Çinin Yəməndəki səfirliyi istefa vermiş Yəmən hökumətinin xarici işlər naziri ilə söhbətində Yəməndə neft kəşfiyyatı üçün Ənsarullah ilə hər hansı müqavilə imzaladığını təkzib edib.

Yəmənin istefa vermiş hökumətinin xarici işlər naziri Əhməd İvəd Bin Mübarək Ənsarullahın Çinin Anton şirkəti ilə neft kəşfiyyatı ilə bağlı razılaşması xəbərinə cavab olaraq Çin səfirinin onunla telefon danışığında bu xəbəri təkzib etdiyini iddia edib. Çinin Yəməndəki səfiri Şao Jenq bu telefon danışığı zamanı təsdiqləyib ki, Çin hökumətinin Husilərlə (Ənsarullah) Anton neft şirkəti ilə müqavilə imzalaması ilə bağlı yayılan xəbərlərlə heç bir əlaqəsi yoxdur. O, həmçinin vurğulayıb ki, Anton şirkəti özəl şirkətdir və onun belə bir müqavilə bağlamaq imkanı və hüququ yoxdur.

Bu təkzib etmə, Yəmənin Qurtuluş hökumətinə bağlı mediaların son günlərdə Çinin Anton şirkəti ilə Yəməndə neft kəşfiyyatı sahəsinə sərmayə yatırmaq üçün müqavilə imzaladığını elan edərkən dərc olunur.

Qurtuluş Hökumətinin Neft və Mədən nazirliklərinin məsul şəxsləri bu qurumların neft kəşfiyyatı müqavilələri bağlamağa hazır olduqlarını vurğulayarkən, xarici şirkətləri Yəmənə sərmayə qoymaq və bu imkanlarla tanış olmaq üçün Sənaaya səfər etməyə dəvət ediblər. Bununla bağlı Yəmənin Qurtuluş Hökumətinin Neft və Mədən naziri Əhməd Dares bildirib: “Beynəlxalq şirkətlərlə onların Yəmənin neft kəşfiyyatı sektoruna daxil olması üçün müxtəlif danışıqlar aparılır. O, həmçinin Yəmənin istefa vermiş hökumətini qeyri-qanuni adlandırıb və xarici şirkətlərə Yəmənin istefa vermiş hökuməti ilə hər hansı müqavilə bağlamaq barədə xəbərdarlıq edib”.

Son aylarda Ənsarullah və Səudiyyə koalisiyası arasında siyasi danışıqlara baxmayaraq, Ənsarullahın Yəmənin iqtisadi blokadasını yarmaq cəhdləri davam edir. Ənsarullahın iqtisadi müharibədəki hərəkətləri Yəmən neftinin qeyri-qanuni ixracının qarşısını almaqla başladı və Əl-Hudəydə limanı vasitəsilə idxala imkanlar verməklə davam etdi. Yəmənin istefa vermiş hökuməti İngiltərə səfirliyi və Səudiyyə koalisiya ölkələrinin dəstəyi ilə Qurtuluş hökumətinin xarici müqavilələrinin formalaşmasının qarşısını almaq üçün xarici şirkətlərə yüksək imtiyazlar verdilər.

Daha çox oxuyun:
Ənsarullah sındırıcı cavab verdi
Yəməndə baş verən son hadisələr, 22 Yanvar 2023

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir