Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 3 Mart 2022-ci il + Xəritə

Cümə axşamı 3 Mart 2022 - 23:27
https://az.iswnews.com/?p=2209

Ukraynanın hərbi xəritəsində ən son cəbhə dəyişikliklərini izləyin

Cənub və Şərq cəbhəsi:
Xarkovun girişlərində Rusiya və Ukrayna qüvvələri arasında şiddətli qarşıdurmalar davam edir. Hərbi mövqelərin əksəriyyəti, eləcə də müdafiə qüvvələrinin yerləşdiyi hökumət binaları Rusiya qırıcıları və artilleriyası tərəfindən bombalanıb. Xarkov və onun ətrafında qarşıdurmaların cəbhə xətləri dəyişməyib.

Xarkovdan cənubda yerləşən Balaklia qəsəbəsi rus ordusu tərəfindən ələ keçirilib. Balaklia qəsəbəsi Xarkov-Donetsk yolunun üzərində yerləşir. Bu əlaqə yolunun Rusiya tərəfindən kəsilməsi Ukrayna qüvvələrinin Ukraynanın şərq cəbhələrinə köçürülməsi və yerdəyişməsində təsirlidir.

Xarkovun cənubundakı Balaklia qəsəbəsinin vəziyyəti

Luqanskın şimal cəbhəsində Luqansk Qüvvələri (LPR) və Rusiya ordusu Luqansk vilayətinin şimal hissəsində bir sıra ərazi və kəndləri nəzarətə götürüb. Edilən irəliləyişlərlə mühüm Asverdontsk şəhəri yarı mühasirəyə alınıb. Bu cəbhədə irəliləyişlər yavaşdır.
Donetsk cəbhəsində isə hələlik Rusiya qüvvələrinin tam nəzarətində olmayan sahil kənarı olan Mariupol şəhəri ətrafında və daxilində qarşıdurmalar davam edir.

Luqanskın şimal cəbhəsindəki vəziyyət və bu bölgədəki yeni dəyişikliklər

Zaporojye vilayətinin mərkəzi hissəsinə yaxın yerdə yerləşən Vasilyuka şəhəri rus qüvvələri tərəfindən ələ keçirilib.

Mikolayev vilayətində Mikolayev şəhəri ətrafında qarşıdurmalar davam edir və bəzi mənbələr Rusiya zirehli qüvvələrinin şəhərə daxil olduqlarını bildirir.

Şimal Cəbhəsi:
Artıq ikinci gündür ki, Ukraynanın şimal cəbhələrində hərbi vəziyyət dəyişməz olaraq qalır. Qostomel ətrafında və Borodyanka bölgəsində Ukrayna və Rusiya qüvvələri arasında ara-sıra toqquşmalar davam edir. Müəyyən müddət ərzində danışıqları yekunlaşdırmaq üçün təzyiq rıçaqı kimi Kiyev ətrafında hazırkı vəziyyət stabil görünür və Rusiyanın əksər hücumları şəhərin infrastrukturuna dəqiq raket zərbələri formasında həyata keçirilir. Rusiyanın Kiyev hökuməti qarşısında qoyduğu tələb və şərtlərin yerinə yetirilməsi Kiyevdə və onun ətrafında cəbhə irəliləyişlərinin davam edib-etməməsini müəyyən edən əsas amildir.

Ümumilikdə Ukraynanın cənubundakı Xerson vilayətinin təxminən 70%-i, Zaporojye vilayətinin 50%-i, Mikolayev vilayətinin 20%-i, Donetsk vilayətinin 50%-i və Luqansk vilayətinin 60%-i hazırda Rusiya ordusu və müttəfiqlərinin nəzarəti altındadır.

Tam ölçüdə baxmaq üçün klikləyin

Daha çox oxuyun:
Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 1 Mart 2022-ci il + Xəritə
Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 28 Fevral 2022-ci il + Xəritə
Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 27 Fevral 2022-ci il + Xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir