Rusiyanın Kiyev və Odessaya raket hücumu + VİDEO və FOTO

Cümə 19 May 2023 - 10:59
https://az.iswnews.com/?p=22026

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu iki mərhələdə Ukrayna qüvvələrinin Kiyev və Odessa şəhərlərindəki mövqelərinə hücum edib.

İki mərhələdə baş tutan hücum 17 may tarixinin son saatlarında və 18 may tarixinin ilkin saatlarında olunub. Ukrayna ordusu iddia edir ki, ruslar ilk hücumda “Tupolev 95” və “160” strateji bombardmançı təyyarələr vasitəsilə 22 ədəd “Xa-101” və “Xa-55” qanadlı raketlərindən, Qara dənizdə yerləşən sualtı qayıqlardan altı ədəd “Kalibr” qanadlı raketindən və iki “İsgəndər” ballistik raketindən Odessaya hücum üçün istifadə edilib və Ukrayna hava hücumundan müdafiə sistemləri Rusiyanın 29 raketini məhv etməyə müvəffəq olub. Ukraynalılar həmçinin iddia edirlər ki, bu hücum zamanı iki Şahid 136 kamikadze dronunu vurublar. Bu iddiaya baxmayaraq, yayımlanan videolarda Odessada iki raket və Kiyevdə bir raketin vurulduğu, eləcə də Odessa şəhərinə düşən digər iki raketin qalıqları göstərilib və 29 raketin və iki kamikadze dronun məhv edilməsi ilə bağlı heç bir video sənəd təqdim olunmayıb. Krımda qanadlı raketin düşdüyü və Odessadakı hədəfinə çatmadığı da bildirilir.

İkinci hücum yerli vaxtla səhər saat 5:30-da Ukraynanın paytaxtı Kiyevin ətrafındakı Desnyanski və Darnitski rayonlarındakı hədəflərə qarşı həyata keçirilib.

Ukrayna ordusu iddia edir ki, bu hücum “Tupolev 95” və “160” strateji bombardmançı təyyarələrin Xəzər dənizinin səmasında qanadlı raketlərin atılması və iki “Şahid 136” kamikadze təyyarəsinin hücumu ilə həyata keçirilib.

Daha çox oxuyun: Rusiya ordusu Ternopil sənaye obyektinə raket zərbələri endirib + FOTO və VİDEO

Rusiyanın iki raketinin Odessa şəhərindəki hədəflərinə dəyməsi
Rusiyanın iki raketinin Odessa şəhərindəki hədəflərinə dəyməsi
Kiyev şəhərində Rusiyaya məxsus raket və ya kamikadze dronun partlaması nəticəsində yaranan tüstü
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir