İranın Xarici İşlər Nazirliyi Azərbaycanın İrana qarşı iddialarını rədd edib

Cümə axşamı 18 May 2023 - 18:58
https://az.iswnews.com/?p=22002

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat iclasındakı çıxışında Azərbaycanın İrana qarşı iddialarını rədd edib.

O, bu gün 18 may tarixində etdiyi çıxışında belə qeyd edib: “Təəssüf ki, Azərbaycan Respublikası hökuməti öz vətəndaşlarını saxta ittihamlar və İran qurumları ilə əlaqə iddiaları ilə həbs edir.

Mən bu şəxslərin İran İslam Respublikası ilə hər hansı rəsmi və ya qeyri-rəsmi əlaqəsini rədd edirəm. İki ölkə vətəndaşları arasında mənəvi, tarixi, dini və hətta qohumluq əlaqələri var. Azərbaycan hökuməti öz vətəndaşlarının bu dərin tarixi bağlarını, təhlükəsizliyi təmin etmək adı altında bu iş qonşulara aid etməməlidir.

Haqsız və qanunu pozan vətəndaşlarla rəftar etmək bütün hökumətlərin təbii haqqıdır, lakin İranla qohum olduqlarını iddia edən bir çox vətəndaşın həbs edilməsi görünməmiş və qəbuledilməzdir”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir