Hakimiyyətin şiəliyə qarşı repressiyaları davam edir + VİDEO

Cümə axşamı 18 May 2023 - 11:47
https://az.iswnews.com/?p=21995

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son günlər Nardaran hadisələrində həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn ona verilən işgəncələrlə əlaqədar müraciət edib.

Vəziyyət elə həddə çatıb ki, artıq azadlıqda olan şiələrin təqibə məruz qalmasından başqa, həbsdə olan şiələr də işgəncələrə məruz qalır.

2015-ci ildə Nardaran hadisələrində həbs edilən və 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynin vəziyyəti olduqca ciddidir. Bu barədə Abbas Hüseynin anası Rəhimə Hüseynova və bacısı Fatimə Kələntərova, 15 may tarixində Prezident Aparatının qarşısında etiraz aksiyası keçirərkən danışıb.

“Amerikanın Səsi” agentliyinin Abbas Hüseynin anasından və bacısından aldığı müsahibə

16 may tarixində Abbas Hüseynin öz səs yazısı yayıldı. Səsyazısında zindanda başına gətirilənləri və şəhadətə çatacağı təqdirdə, kimlərin günahkar olacağı barədə məlumat verib.

Abbas Hüseynin müraciəti

Azərbaycanda çox sayda şiə həbs olunub. Həbs olunan hər şiənin bir ailə üzvü etiraza qalxsa, bu məsələ gündəmə çevrilər. Həbs olunan qardaşların ailələri birləşməli və birlikdə etiraza qalxmalıdırlar. Xalq susduqca, Hakimiyyət zülmünü daha da artırır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir