Yəməndə baş verən son hadisələr, 2 Mart 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Ənsarullahla Səudiyyə koalisiya qüvvələri arasında qarşıdurma Həccə əyalətinin şimalında yerləşən Hərəz, Əbəs və Hiran cəbhəsində davam edir.
1- Həccə:
– Ənsarullah ilə Səudiyyə koalisiya qüvvələri arasında Hərəz, Əbəs və Hiran cəbhələrində qarşıdurmanın davam etməsi.
– Ənsarullahın Hərəzin şimal sərhəd bölgələrində Mənsur Hadi qüvvələri və sudanlı muzdluların toplaşdığı yerə raket zərbələri endirməsi nəticəsində azı 9 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
2- Mərib:
Mənsur Hadinin qüvvələri əl-Ravik bölgəsində əl-Avşan qəbilələri ilə üzləşərək bir-birləri arasında qarşıdurma yaşanıb və hər iki tərəfdən bir neçə silahlı, o cümlədən İslah Partiyası komandirlərindən Saleh Əli Həməd Şəvdəq öldürülüb.
3-Səədə:
Səudiyyə koalisiyasının Şada və Manbaya artilleriya hücumu nəticəsində bir pakistanlı qaçqın ölüb, ikisi afrikalı olmaqla 8 mülki şəxs yaralanıb.
4- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Ənsarullah bölgələrini 56 dəfə bombalayıb.
Bu hücumların təfərruatı: Həccə əyalətində 35 dəfə Hərəz, 7 dəfə Əbəs və bir dəfə Hiran şəhərləri, Mərib vilayətində 4 dəfə Əl-Vadi və Əl-Cəvbə bölgələri, Səədə əyalətində 2 dəfə Baqim şəhəri, Əl-Cəvf əyalətində 3 dəfə Xub və Əl-Şəəf, 2 dəfə Əl-Həzm şəhərləri, Əl-Bəyda əyalətində iki dəfə Əl-Səvməə və Məkiras şəhərləri.
5- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində əyalətdə 222 dəfə atəşkəsi pozub.
Rəy