Sionistlərin Ceninə hücumunda iki fələstinli şəhid olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin Ceninin cənubunda yerləşən Əl-Qabatiyyə qəsəbəsinə hücumu nəticəsində iki fələstinli gənc şəhid olub.
Mayın 10-da sionist rejim qüvvələri İordan çayının qərb sahilinin Cenin şəhərinin cənubunda yerləşən Əl-Qabatiyyə qəsəbəsinə hücum edib və bu hücum iki fələstinlinin şəhid olması və bir nəfərin də yaralanması ilə nəticələnib.
Sionistlərin hücumundan sonra Əl-Qabatiyyə qəsəbəsində müqavimət qüvvələri ilə sionist rejim əsgərləri arasında şiddətli silahlı qarşıdurma baş verib. Səraya Əl-Qüds müqavimət dəstəsi bir bəyanat yayaraq, müqavimət döyüşçülərinin bu bölgədə sionistlərlə şiddətli silahlı qarşıdurmaya girdiyini elan edib.
Səraya Əl-Qüdsün bəyanatında deyilir: “Bizim qüvvələrimiz “Əs-Səvafata” məhəlləsində sionist qüvvələrin yolunda pusqu quraraq, işğalçı qüvvələri yaxın məsafədən hədəfə almağa müvəffəq olub, onlardan bir neçəsini yaralayıb və onların hərbi texnikasına ziyan dəyib.
Bu qarşıdurmada sionist əsgərlər bu şəhərin küçələrindən birində avtomobili atəşə tutdular və bu zaman “Əhməd Camal Tövfiq Asəf” və “Rani Vəlid Əhməd Qətnat” şəhid oldular.
Qeyd edək ki, mayın 9-da səhər saatlarında “Qalxan və ox” adı kimi tanınan əməliyyatda sionist rejim qırıcıları Qəzza zolağında əraziləri bombalayıb və bu vəhşi cinayətdə bir neçə qadın və uşaq olmaqla 13 nəfər şəhid olmuşdur. Bir neçə saat sonra İsrail ordusuna məxsus hava təchizatları Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqində bir avtomobili hədəfə alıb və nəticədə iki fələstinli şəhid olmuşdur.
Daha çox oxuyun:
İsrailin Qəzzaya hava hücumunda Sərayəl-Qüds komandirləri şəhid oldu + VİDEO və FOTO
Sionist rejimin Qəzzanın cənubuna hava hücumu nəticəsində iki fələstinli şəhid olub + FOTO və VİDEO
Rəy