İŞİD-in Xorasan qolunun rəhbərinin müavini Kabildə öldürülüb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban kəşfiyyat idarəsinin Kabildə İŞİD-in sığınacağına qarşı keçirdiyi əməliyyat nəticəsində İŞİD-in Xorasan qolunun rəhbərinin müavini Mühəndis Ömər öldürülüb.
Mühəndis Ömər mayın 5-də Taliban kəşfiyyat idarəsinin Kabil vilayətinin Baqrami rayonunda yerləşən Bat Xak kəsişməsindəki Şəmşad prospektində İŞİD sığınacağına qarşı keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Mühəndis Ömər Heydər, Fereydun və İskəndər ləqəblərinə malik olub və Əfqanıstanın şərqindəndir və 2018-ci ildə İŞİD qruplaşmasına qoşulub. Fəaliyyətinin əvvəlində o, Kabildə İŞİD qruplaşmasına rəhbərlik edib və bundan sonra İŞİD-in mərkəzi bölgəsinə görə məsuliyyəti öz üzərinə götürüb, son aylarda isə İŞİD-in Xorasan qolunun rəhbəri Sənaullah Qafarinin (Şahab Əl-Mühacir) müavini vəzifəsinə təyin edilmişdir.
Bu əməliyyatdan sonra mayın 8-də Talibanın Kəşfiyyat İdarəsi Şəkər Dərə rayonunda yerləşən Hüseyn Kut kəndində İŞİD-in daha bir sığınacağına qarşı əməliyyat keçirib və bu əməliyyat zamanı 6 İŞİD üzvü öldürülüb, iki Taliban silahlısı isə yaralanmışdır.
Rəy