İsrailin 14-cü kanalı: Qəzza zolağına hücum mütləqdir!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail mediası yüksək rütbəli sionist rəsmiyə istinadən İsrail ordusunun Qəzza zolağına hərbi hücumunun qəti olduğunu iddia edib.
Sionist rejimin 14-cü kanalı mayın 7-də yüksək rütbəli sionist rəsmiyə istinadən iddia edib ki, Qəzza zolağına hərbi hücum məsələsi qətidir.
Qəzza zolağına hərbi hücumdan başqa çarə olmadığını bildirən bu məmur Qəzza zolağında Həmas ilə hərbi toqquşmanın mütləq olduğunu bildirib və deyib: “Ordu və Şabak Qəzzaya qarşı hərbi əməliyyatları təsdiqləmək üçün İsrail hakimiyyətinə öz tövsiyələrini göndərib”.
Fələstin müqavimət qüvvələrinə lazımi vaxtda və yerdə cavab verəcəklərini iddia edən bu sionist rəsmisi deyib: “İslami Cihad və digər qruplar israillilərə qarşı əməliyyatlara görə məsuliyyət daşıyırlar. Həmçinin Qəzzadan son raket hücumunu nəzərə alsaq, Tel-Əvivdəki təhlil Həmas ilə birbaşa qarşıdurmanın qaçılmaz olduğudur”.
Onun sözlərinə görə, İsrail rejiminin rəsmiləri arasında iki məsələ ilə bağlı mübahisə gedir; Birincisi, Qəzza zolağına sui-qəsdlə həyata keçirilə biləcək qəfil hücum, ondan sonra münaqişə bir neçə gün davam edəcək, ikincisi, Qəzza zolağından əməliyyat gözləmək və ondan sonra tənliyi pozmaq məqsədi ilə daha sərt cavab vermək.
Sonda o, ehtimal edib ki, Həmas bu il sionistlərlə əlaqəli Qüds yürüşü kimi tanınan mərasimi zamanı əməliyyata başlayacaq. Baxmayaraq ki, keçən il təhdidlərlə birgə, tədbir görmədilər.
Rəy