İraqda baş verən son hadisələr, 8 May 2023

Bazar ertəsi 8 May 2023 - 18:14
https://az.iswnews.com/?p=21526

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-şəəbi Təşkilatının 40-cı Briqadasının qüvvələri Kərkük vilayətinin şimal-qərb bölgələrində bu ərazilərin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

1- Bağdad:
Aprelin 30-da İŞİD terror qruplaşmasının üzvlərindən biri İraq polisi tərəfindən Bağdadda yaxalanıb.

2- Kərkük:
– Aprelin 22-də Amerikanın MQ-1C Grey Eagle dronu Kərkükün cənubundakı ərazidə qəzaya uğrayıb. Amerika koalisiyasının iddiasına görə, koalisiyaya aid dron İraq təhlükəsizlik qüvvələrinin əməliyyatlarına birbaşa dəstək verərkən texniki nasazlığa məruz qalıb və Kərkükün cənubunda qəzaya uğrayıb.

Daha çox oxuyun: Kərkükün cənubunda Amerika dronu qəzaya uğrayıb + VİDEO

-Mayın 7-də Həşd-Şəəbi Təşkilatının 40-cı Briqadasının qüvvələri Kərkük vilayətinin şimal-qərb bölgələrində bu ərazilərin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

3- Diyalə:
Mayın 7-də İraq ordusunun döyüşçüləri Diyalə vilayətində Həmrin dağlarında İŞİD terror qruplaşmasının sığınacaqlarını hədəfə alıb.

İraq ordusu döyüşçülərinin Diyalə əyalətindəki Həmrin dağlarında İŞİD-in sığınacaqlarına hücumunun videosu

4- Babil:
Mayın 5-də Babil əyalətinin Əl-Masib şəhərində İŞİD terror qruplaşmasının üzvlərindən olan Hüseyn Əli əl-Bəkri öldürülüb.

5- Neynəva:
Mayın 7-də İraq Kəşfiyyatı bəyanat yayaraq Neynəva vilayətində 5 terrorçunun həbs edildiyini açıqlayıb.

6- İraq mediası “Bağdad Əl-Yum” Amerikanın “Cridell” jurnalının xəbərinə istinad edərək, İraq müqavimət dəstələrinin İraqın baş naziri Məhəmməd Şəyya Əs-Sudaniyə dəstək məqsədilə bu ölkədə Amerika əsgərlərinə qarşı hücumlarını dayandırdığını iddia edib.

7- Aprelin 29-da İraq prezidenti Əbdül Lətif Rəşid Tehrana rəsmi səfəri zamanı İran İslam İnqilabı Rəhbəri, İran prezidenti və parlamentinin sədri ilə görüşüb söhbət edib.

Daha çox oxuyun: İraq prezidentinin İrana səfəri və İslam İnqilabının Rəhbəri ilə görüşü + FOTO

8- Mayın 1-də Suriya böhranının həlli və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması üçün müxtəlif yolların araşdırılması məqsədi ilə İordaniyanın paytaxtı Əmmanda Suriya, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və İraq arasında beştərəfli görüş keçirilib.

9- Mayın 4-də Əshabul-Kəhf müqavimət dəstəsi İraqın Bəsrə şəhərində Norveç Kəşfiyyat İdarəsinin qərargahlarından birində partlayıcı maddələr və sənədlərin aşkar edildiyini açıqladı.

Daha çox oxuyun: İraqdakı Norveç Kəşfiyyat Xidmətinin qərargahında partlayıcı maddə aşkar edilib!

10- Mayın 8-də İraqın Su Ehtiyatları Nazirliyi bəyan edib ki, ölkəsi İran İslam Respublikası və Türkiyə ilə yaxın vaxtlarda “su” məsələsi ilə bağlı texniki və ixtisaslaşdırılmış iclas keçirməyə razılaşıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir