İordaniya Xarici İşlər Naziri: Suriyanın Ərəb Liqasına qayıtması çox böyük ehtimaldır

Bazar 7 May 2023 - 09:23
https://az.iswnews.com/?p=21496

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İordaniyanın xarici işlər naziri Ərəb Liqasının bir sıra üzvlərinin razılığına işarə edərək, Suriyanın bu liqaya qayıtması üçün kifayət qədər səsin olduğunu bəyan edib.

CNN-ə danışan İordaniyanın xarici işlər naziri Əymən Əs-Səfdi Ərəb Liqasının üzvlərinin bü gün bazar günü 7 may tarixində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək iclasda Suriyanın üzvlüyünün dayandırılmasının ləğvi ilə bağlı səsvermə keçirəcəklərini bildirib.

İordaniya xarici işlər naziri qeyd edib ki, beynəlxalq dəstək olmadan Suriya böhranını həll etmək çətin olacaq. Qərbin Dəməşqə tətbiq etdiyi sanksiyaları nəzərə alaraq, beynəlxalq ictimaiyyət bu ölkənin böhranının həlli prosesində birləşməlidir.

Bu xüsusda Ərəb Liqasının baş katibi Əhməd Əbül Qeyt Səudiyyənin Əş-Şərq kanalı ilə söhbətində ərəb dövlət başçılarının Ər-Riyadda keçiriləcək görüşündə Suriyanın Ərəb Liqasına qayıtmasının böyük ehtimal olduğunu vurğulayıb. O bildirib ki, bu, mərhələli şəkildə və tədricən həyata keçirilməlidir.

Xatırladaq ki, 2011-ci ildə Ərəb Dövlətləri Liqası fövqəladə iclas zamanı Suriyanın bu ölkədə siyasi həll və nizamlanma yolu tapmaq üçün Ərəb Sülh Planının müddəalarını həyata keçirməməsi səbəbindən Suriyanın bu liqaya üzvlüyünü dayandırmışdı. Lakin indi bu birliyə üzv olan ölkələr Bəşər Əsədi devirmək planının uğursuzluğu və müqavimət cəbhəsinin qələbələri səbəbiylə Dəməşqlə münasibətlərini yaxşılaşdırdılar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir