İran prezidentinin 13 ildən sonra Suriyaya səfəri baş tutub + FOTO

Çərşənbə 3 May 2023 - 21:15
https://az.iswnews.com/?p=21342

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran prezidenti Dəməşqə rəsmi səfəri zamanı suriyalı həmkarı ilə görüşüb və müzakirələr aparıb.

İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi bu gün mayın 3-də rəsmi olaraq Dəməşq Beynəlxalq Hava Limanına səfər edib. O, hava limanında qarşılanma mərasimindən sonra suriyalı həmkarı ilə görüşmək və məsləhətləşmələr aparmaq üçün dərhal Suriya prezident sarayına gedib.

Suriya prezidenti Dəməşqdə Ayətullah Rəisi ilə görüşündə deyib: “Suriya-İran münasibətləri zəngin və səmərəli və təcrübələrlə doludur. Çünki çətin və gərgin dövrlərdə belə, Yaxın Şərq regionunu əhatə edən şiddətli siyasi və təhlükəsizlik fırtınalarına baxmayaraq, münasibətlər sabit və dayanıqlı idi”.

Həmçinin İran prezidenti bu görüşdə deyib: “Suriya hökuməti və xalqı böyük çətinliklər və problemlərdən keçib. Bu gün deyə bilərik ki, siz bu problemlərin öhdəsindən gəldiniz və sizə qarşı tətbiq olunan təhdidlərə, sanksiyalara baxmayaraq qalib gəlməyi bacardınız”.

Xarici işlər naziri Əmir Abdullahian, müdafiə naziri Əmir Aştiani, neft naziri Cavad Oci, yollar və şəhərsalma naziri Bəzrpaş, rabitə naziri İsa Zarepur, deputat, Milli Təhlükəsizlik Komissiyası və Xarici Siyasət üzvü Abbas Qolro, prezident aparatının sədri Qulamhüseyn İsmaili, bu səfərdə İran prezidentini müşayiət edib.

Qeyd edək ki, bu, İran prezidentinin 2010-cu ildən bəri Suriyaya ilk səfəridir. Ayətullah Rəisinin Suriyaya səfəri çoxlu əks-səda doğurdu. Belə ki, İsrail mediaları xəbəri işıqlandırarkən bu səfəri müqavimət cəbhəsinin nailiyyəti hesab etdi və bunu İsrailin zəifliyi və Təl-Əvivin imkanlarını itirməsi ilə əlaqələndirdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir