Hörmüz boğazında daha bir qanunu pozan gəmi Sepah tərəfindən ələ keçirildi + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika terrorçu ordusunun beşinci donanması video yayımlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən Panama bayrağı ilə hərəkət edən neft daşıyan gəminin ələ keçirildiyini iddia edib.
Panama bayrağı ilə Hörmüz boğazından keçən bu neft daşıyan gəmi bu gün çərşənbə günü 3 may tarixində (yerli vaxtla) səhər saat 6:20-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən ələ keçirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının hesabatına görə, Newway adlı bu neft daşıyan gəmi Dubay limanından çıxaraq BƏƏ-nin digər limanı olan Füceyrəyə gedirmiş. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının ortasında sürətli qayıqlarla bu gəmiyə yaxınlaşaraq onun istiqamətini dəyişərək Bəndər Abbas sahillərində İran sularına doğru hərəkət etməyə məcbur ediblər.
Bu neft daşıyan Newway gəmisinin ələ keçirilməsindən sonra Tehran prokurorluğu iddiaçının şikayəti və məhkəmə orqanının əmri əsasında Sepah Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirildiyini təsdiqləyib.
Qeyd edək ki, aprelin 27-də İran İslam Respublikası Ordusunun qüvvələri Oman dənizində İran gəmisi ilə toqquşması nəticəsində bir neçə iranlı ekipaj üzvünün itkisinə və yaralanmasına səbəb olan “Advantage Sweet” adlı qanun pozuntusuna yol verən gəmini ələ keçirmişdir.
Daha çox oxuyun: İran İslam Respublikası Ordusu Oman dənizində qanunu pozan neft daşıyan tankeri ələ keçirib + VİDEO
Rəy