Hüseyniyyun komandirindən mühüm suallara cavab
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatının rəsmi telegram kanalına istinadən xəbər verir ki, Hərəkatın komandiri Şeyx Musa Əsədzadə bu Hərəkat və onun rəhbər şəxsləri ilə bağlı mühüm suallara cavab verib.
BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ:
“Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuzda) haqq sözü deyən (əməllərin hər birini dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.” – MUMİNUN 62
HAİMH (Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Hərəkatı) və onların rəhbər şəxsləri ilə bağlı bəzi şübhə doğuran suallara cavab:
1) HAİMH səbəbsiz yerə, məsləhət-məşvərətsiz, böyüklərin razılığı olmadan yaradılıb?
CAVAB:
-Bu hərəkatın banisi və təşəbbüskarı: Tohid Alim oğlu İbrahimbəyli;
(Tohid İbrahimbəyli: “Biz tarixin vicdanı qarşısında gələcək nəsillərə nə cavab verəcəyik?!”)
-Bu təşəbbüsə razılıq verən: Bu cəbhənin Ali baş komandanının ən əzəmətli əsgəri olan General Qasim Süleymani;
(Hacı Qasim Süleymani: “Onların sayı digər müqavimət hərəkatlarının sayından az olsa da çox böyük təsirə malikdirlər.”)
-Bu hərəkatın adını seçən şəxs: Şəxsən Hacı Qasim Süleymani
-Bu hərəkatın yaranma səbəbi: Hərəmlərdən və müqəddəs dəyərlərdən müdafiə;
-Bu hərəkatın mövcudluğunun zəruriliyi: Haqq cəbhəsi ilə batil cəbhəsi arasında baş verən bu müharibədə Azərbaycan müsəlmanlarından batil cəbhəsinə, yəni İŞİD-ə qoşulanların sayının çoxluğu, haqq cəbhəsində isə bir dənə belə olsun azərbaycanlı şiənin olmaması;
2) HAİMH-nın yaranma zamanı, şəraiti və səbəbinə görə onun gizli qalması mümkün idi?
CAVAB:
-Buna müxatəb özü vicdanla cavab versin.
3) Bu Müqavimət Hərəkatının yaradılması ilə müxalifətçilik edənlər var idi?
CAVAB:
-Bəli. Bu danılmaz faktdır və bu müxalifətçilik bu günə kimi də davam edir. (Burada “kimlər və nə üçün müxalifət edirlər?” suallarına cavab vermək üçün imkanımız yoxdur)
4) Hərəmləri müdafiə etmək məqsədilə yaradılan bu hərəkatın missiyası təkcə Suriyada silahlı mübarizə aparmaq idi?
CAVAB:
-Xeyr! Çünki bu hərəkatın aparıcı qüvvələri və rəhbər şəxsləri tam məsuliyyətlə dərk edirdilər ki, bu hərəkatın zühurun həyata keçməsi prosesinə daxil olduğu və Azərbaycan xalqının hərtərəfli təzyiqlərlə üzləşdiyi bir zamanda, təkcə silahlı mübarizə ilə kifayətlənmək düzgün olmaz. Buna görə də onlar HAİMH-nı hərbi təşkilatdan daha geniş əhatəli (ictimai, siyasi, mədəni, iqtisadi və.s…) bir təşkilata çevirmək qərarına gəlirlər.
Yenə sual yaranır. Bu işi özbaşına gördülər?
CAVAB:
-İmam Xameneidən soruşulur: “Bir çox məsələlərdə çıxılmaz vəziyyətə düşürük və əlimiz bir başa sizə çatmır. Bu halda vəzifəmiz nədir? İmam Xamenei buyurur: “İxtiyar sahibisiniz! (Atəş be ixtiyar!) Məntiq və dəlil əsasında (Quran, hədislər və s.) yəqinə çatdığınız hər bir işi icra edin!”
İmam Xamenei “Təşkilat” barəsində buyurur: “İş gərək təşkilat, hərəkat və cəbhə halında görülsün!”
Həmçinin İmam Xamenei “Aydınlaşdırma cihadı” barəsində buyurur: “Bütün müsəlmanlara və möminlərə “Böyük cihad” (bəyanetmə və aydınlaşdırma cihadı) vacibdir!”
5) HAİMH-nın media fəaliyyətlərindən tutulan iradlar:
-Bəzən çılğın və düşünülməmiş şəkildə addım atırsınız;
-Vətəndaşı olduğunuz ölkənin rəhbər şəxlərini və ailə üzvlərini açıq şəkildə təhqir edirsiniz;
(Məsələn: Qumarbaz, əyyaş və s. kimi təhqiredici sözlər)
-İlahi hakimiyyət olan “Kərimə Dövləti” ideyasını əvvəlcə diskursa, sonra isə həyata keçirmək istəyi;
-Qondarma rejim olan İsrailin Azərbaycandakı nüfuzunun həddsiz dərəcədə şişirdilməsi;
-Azərbaycanda dindarlara qarşı olunan zülmlərin, şiəliyin kökünün kəsilməsi proqramının həyata keçirilməsinin, vəhhabiliyin sürətlə artması və əhalinin sünnüləşdirilməsi prosesinin, İranın xalq arasında nüfuzunun azalmasının əsas səbabkarı məhz sizsiniz.
CAVAB:
-Media və digər sahələrdəki fəaliyyətlərimizi dəqiq araşdırmadan nəticə çıxaranlar əgər düşməndirlərsə, düşmənin mövqeyi bəllidir. Əgər özləri düşmən olmasalar, amma tutduqları mövqe düşmən mövqeyi olarsa, buna hansı adın verilməsini oxuyanların ixtiyarına buraxırıq. Dostun, qardaşın vəzifəsi isə dəqiq araşdırdıqdan sonra qərar verməkdir. Yaxşı olar ki, hisslərə qapılıb tələsik qərarlar verməyək!
İndiki zamanda bizim əsas vəzifəmiz Allahın hərəmi olan İslam Cümhuriyyətinin, Müqavimət cəbhəsinin və onun rəhbərinin heysiyyətini qoruyub saxlamaq, dünyanın dörd bir yanında olan zalımlarla mübarizə aparmaqdır.
Hətta sənin haqqın Əlinin (ə) xilafəti zamanında və yaxud İran İslam Respublikasında belə tapdalanarsa, gərək yenə də öz haqqını tələb edib, zülmlə mübarizə aparasan. Çünki haqqını tələb etməyənlər əslində bu yola , bu sistemə xəyanət edənlərdir.
Həqiqətən Biz Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və nemətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkar və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər) – ƏNBİYA 105
ŞEYX MUSA ƏSƏDZADƏ
Daha çox oxuyun:
Şeyx Tohid və Şeyx Orxan həbs olunub?
Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı
Rəy