23 hücum – 84 şəhid; İŞİD-in son bir ayda Suriyadakı fəaliyyətinin hesabatı!

Bazar 30 Aprel 2023 - 11:53
https://az.iswnews.com/?p=21275

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD ünsürləri son bir ay ərzində Suriyanın bəzi bölgələrində 23 terror aktı həyata keçirib və bu hücumlar nəticəsində ən azı 84 nəfər şəhid olub.

İŞİD-ə yaxın bir media bu terror qruplaşmasının Suriyanın müxtəlif bölgələrinə hücumları ilə bağlı hesabat yayıb. Bu hesabata görə, son bir ay ərzində Suriyada İŞİD tərəfindən 23 terror aktı həyata keçirilib, onlardan 7-si Homs vilayətinin şərq ətrafında, 2-si Raqqanın cənub ətrafında, 9-u Deyr əz-Zorun qərb ətrafında, 4-ü Həmanın şərq ətrafında, 1 hücum isə Hələbin cənub ətrafında həyata keçirilib. Bu hücumların qurbanları arasında 46 Suriya əsgəri və 38 mülki şəxs var.

İŞİD terror qruplaşmasının ən qanlı hücumu aprelin 16-da Həma vilayətində baş verdi. Bu cinayətdə İŞİD ünsürləri Əqirbat şəhərinin kənarındakı Duveyzin bölgəsinə hücum edərək bir qrup suriyalı mülki vətəndaşı hədəfə alıb və bu terror aktı zamanı azı 26 mülki şəxs şəhid oldu, 8 nəfər isə yaralandı.

Daha çox oxuyun: Həmada İŞİD ünsürlərinin hücumu nəticəsində 26 suriyalı mülki şəxs şəhid olub

Qeyd edək ki, İŞİD terror qruplaşması Suriyada son hücumların heç birinə görə məsuliyyəti üzərinə götürməyib. Suriya ordusu və müttəfiq qüvvələri son bir neçə ayda mərkəzi bölgələrdə, əsasən Həma şəhərinin şərqində və Homsun şərq ətrafında İŞİD qalıqları ilə mübarizə aparmaq üçün əlavə qüvvələr yerləşdirib. Çox güman ki, hava şəraiti yaxşılaşdıqdan sonra bəzi ərazilərdə İŞİD qalıqlarına qarşı əməliyyatlar başlayacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir