İngiltərə Yəmənin şərq sahillərində gəmiyə hücum olduğunu iddia edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İngiltərə Dəniz Ticarət Əməliyyatları Agentliyi Yəmənin şərqindəki Niştun limanı sahilləri yaxınlığında bir neçə silahlı qayığın gəmiyə hücum etdiyini iddia edib.
Dünən (cümə günü) İngiltərə Dəniz Ticarət Əməliyyatları Agentliyi iddia edib ki, üç və ya dörd silahlı sərnişini daşıyan üç qayıq Əl-Məhrə əyalətinin sahilyanı Niştun şəhərinin cənub sahillərində bir gəmiyə hücum edib. Qeyd edək ki, bu ərazi Yəmənin istefa vermiş hökumətinin nəzarətindədir və bəzi KİV-lərin Ənsarullahın hücumun təşkili ilə bağlı xəbərləri həqiqətə uyğun deyil.
Bu İngiltərə qurumu bununla bağlı əlavə məlumat dərc etməyib və bu ərazidə fəaliyyət göstərən ticarət gəmiləri və qayıqlarından təhlükəsizlik və ehtiyat tədbirlərinə riayət etməyi tələb edib.
İngiltərə Dəniz Ticarət Əməliyyatları Agentliyi Ərəb dənizində koordinasiya və məlumat mübadiləsini həyata keçirmək üçün İngiltərə Ordusu tərəfindən yaradılmış hərbi qurumdur. Bundan əlavə, bu qurum piratçılıqla bağlı xəbərləri çatdırır.
Yəmən sahilləri Səudiyyə koalisiyasının səkkiz ildir davam etdirdiyi müharibə zamanı tam mühasirəyə alınıb. Ənsarullahın Qırmızı dənizdə bu koalisiyanın donanmasına ağır zərbələr endirməsi bu ərazilərdə “153 Qüvvələri” adı altında daha bir beynəlxalq koalisiyanın yaradılmasına səbəb oldu. Adı çəkilən koalisiya İran silahlarının Yəmənə göndərilməsi və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı qeyri-rəsmi və bəzən də saxta xəbərlər dərc etməklə Ərəbistan, Oman və Qırmızı dənizlərdə mövcudluğuna haqq qazandırmağa çalışır.
Rəy