Əl-Şəbab Əl-Mücahidin ABŞ tərəfindən təlim keçmiş xüsusi təyinatlılara ağır hücum edib + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Somalinin Əl-Şəbab Əl-Mücahidin terror qruplaşmasının ünsürləri Somalinin mərkəzindəki Cəlcədud əyalətinin Badbad bölgəsində hökumət qüvvələrinin və amerikalı zabitlərin təlim keçdiyi xüsusi təyinatlıların hərbi bazasına hücum edib və onlardan 50-dən çoxunu öldürüb.
Çərşənbə günü, aprelin 19-da Əl-Şəbab Əl-Mücahidin terror qruplaşmasının ünsürləri Somalinin mərkəzində yerləşən Cəlcədud əyalətinin Badbad bölgəsində hökumət qüvvələrinin və amerikalı zabitlərin təlim keçdiyi xüsusi təyinatlıların hərbi bazasına hücum edib və onlardan 50-dən çoxu öldürülüb. Əl-Şəbab Əl-Mücahidinə bağlı Şahada xəbər agentliyinin məlumatına görə, bu qruplaşmanın əməliyyatçılarının çərşənbə günü əməliyyatları kamikadze maşının partlaması ilə başlayıb və Badbad bazasının tam nəzarətə götürülməsi ilə başa çatıb. Qeyd edək ki, Əl-Şəbab Əl-Mücahidinin media qolu olan Əl-Kətaib İnstitutu bu əməliyyatın 6 dəqiqəlik videosunu yayımlayıb.
Digər tərəfdən, Əl-Şəbab Əl-Mücahidin media bürosu verdiyi açıqlamada, Somalinin paytaxtı Moqadişoda Denab kimi tanınan amerikalıların təlim keçdiyi xüsusi təyinatlıların komandirinin öldürüldüyünü açıqlayıb. Bu yüksək rütbəli zabitin adı Əbdül Əziz Məhəmməd Mahmuddur və o, Denab əməliyyatının komandiri olmaqla yanaşı, həm də Somali hökumətinin Müdafiə Nazirliyinin əməliyyatlar üzrə komandir müavinidir.
Qeyd edək ki, Əl-Şəbab Əl-Mücahidinin media qolu olan Əl-Kətaib İnstitutu Amerika və Somali mediası tərəfindən yayımlanan arxiv videolarından və Əl-Kətaib kameralarının çəkdiyi videolardan istifadə edərək, Ramazan (Fitr) bayramı zamanı bir saatlıq video yayımlayıb. Bu videoda Denab qüvvələri və onların Amerika zabitləri ilə əlaqələri və amerikalıların təlimi və maddi-texniki dəstəyindən bəhs edilir. Həmçinin bu videoda, 20 yanvar 2023-cü ildə Somalinin mərkəzindəki Cəlcədud əyalətində yerləşən Cələəddə Əl-Şəbab Əl-Mücahidin tərəfindən bu qüvvələrdən 150-dən çoxunun öldürülməsinin görüntülərini dərc edilib. Bu video üç dildə buraxılmışdır: ingilis, somali və suahili.
Həmçinin, bir neçə gün əvvəl Əl-Kətaib aprelin 6-da Afrika İttifaqının Somalidəki Missiyasının (AMISOM) bir hissəsi olaraq Canali şəhəri ətrafında fəaliyyət göstərən Uqanda ordusu qüvvələrinə qarşı Əl-Şəbab Əl-Mücahidin pusqusunun üç dəqiqəlik filmini yayımlayıb. Somalinin cənubundakı Aşağı Şabili əyalətində Bu pusquda doqquz Uqanda əsgəri həlak olub, səkkiz nəfər yaralanıb. Bu video bəzi Afrika rəsmilərinin Somalinin Əl-Şəbab Əl-Mücahidin ilə münaqişədə 10.000-ə yaxın afrikalı əsgərinin öldürüldüyünü və yaralandığını rəsmən elan edərkən yayımlanıb. Əl-Kətaib həmçinin Əl-Şəbab Əl-Mücahidinin nəzarəti altında olan bölgələrdə Ramazan (Fitr) bayramı ab-havasının videosunu yayıb.
Daha çox oxuyun: Somalidəki cərəyanlarla tanışlıq + XƏRİTƏ
Moqadişuda Əl-Şəbab Əl-Mücahidin terror qrupları tərəfindən öldürülən Denab əməliyyatı komandirinin şəkli
Rəy