General-mayor Səfəvi: İran Qərbi Asiyada əsas regional gücə çevrilir + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Əl-Aləmə istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı İmam Xameneinin köməkçisi və baş müşaviri general-mayor Yəhya Rəhim Səfəvi Amerikanın fövqəldövlət olaraq qalmayacağını və amerikalıların və sionistlərin hərbi və iqtisadi qüdrətinin azaldığını bildirərək deyib: “İran Qərbi Asiya regionunda mühüm bir gücə çevrilmək əsnasındadır”.
İran Silahlı Qüvvələrin Ali Baş Komandanının köməkçisi və baş müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi dünən 26 aprel tarixində Əl-Aləm telekanalına müsahibəsində deyib: “Bu əsrdə mühüm hadisə baş verir. İqtisadiyyat və mədəniyyətə əsaslanan bugünkü dünyada güc mərkəzləri Qərbdən Şərqə köçməkdədir”.
O əlavə edib: “İran Qərbi Asiya regionunda böyük gücə çevriləcək və ümid edirik ki, bu, yaxın 20 ildə reallaşacaq”.
General-mayor Yəhya Rəhim Səfəvi deyib: “Amerikalıların və sionistlərin hərbi və iqtisadi qüdrəti azalır və ABŞ Fars körfəzindən çəkilməyə başlayıb. Onlar Suriya və Qərbi Asiya regionundan geri çəkilməyə məcbur olublar, necə ki, İraq və Əfqanıstandan geri çəkiliblər”.
Rəy