İsrail Azərbaycana iki peyk satmağa razıdır!

Çərşənbə 26 Aprel 2023 - 14:57
https://az.iswnews.com/?p=21169

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail mediası İsrailin Azərbaycana120 milyon dollar dəyərində iki peyk satmağa razılaşdığını bildirib.

Aprelin 24-də sionist rejimin mediası Təl-Əviv və Bakı arasında bu ölkəyə iki peyk satmaq barədə razılığa gəldiyini açıqlayıb. Bu KİV-in məlumatına görə, İsrailin aerokosmik sənayesi Azərbaycana iki peyk təqdim etmək niyyətindədir.

Bununla bağlı İsrailin xarici işlər naziri Eli Kohen bazar ertəsi (24 aprel) The Times of Israel qəzetinə müsahibəsində İsrailin aerokosmik sənayesinin Azərbaycan Respublikasına 120 milyon ABŞ dolları dəyərində iki peyk göndərəcəyini təsdiqləyib.

İsrailin Azərbaycan Respublikasına iki peyki satması Təl-Əvivin İran İslam Respublikasının qonşuları ilə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək səylərinə uyğundur. İndiyədək İran hakimiyyəti İsrail rejiminin Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikasının milli təhlükəsizliyi üçün təhlükəyə çevirmək kimi mənfur niyyətləri və bölgədə sionistlərin mövcudluğunu artırmağa çalışmaları barədə Azərbaycana bir neçə dəfə xəbərdarlıq edib. Amma mövcud vəziyyət onu göstərir ki, Azərbaycan hakimiyyəti bu xəbərdarlıqlara məhəl qoymayaraq, gərginliyi, təhlükəsizlik vəziyyətini və bölgədə sionistlərin varlığını artırmağa çalışırlar.

Qeyd edək ki, bu məsələ 18 aprel tarixində bu rejimin xarici işlər naziri Eli Kohenin başçılıq etdiyi yüksək rütbəli sionist nümayəndə heyətinin Azərbaycan Respublikasına iqtisadi və təhlükəsizlik, eləcə də enerji və innovasiya sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə səfərindən sonra gündəmə gəlib. Sionist Xarici İşlər Nazirliyinin Avrasiya və Qərbi Balkanlar şöbəsinin rəhbəri bu səfərlə eyni vaxtda Azərbaycan mediasına müsahibəsində bildirib ki, İsrail şirkətləri Qarabağın yenidən qurulması prosesində iştirak edir.

Daha çox oxuyun: İsrail xarici işlər nazirinin Bakıya səfəri + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir