Kərkükün cənubunda Amerika dronu qəzaya uğrayıb + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq mediası Amerika koalisiyasına istinadən Kərkükün cənubunda Amerika ordusuna məxsus hərbi dronun qəzaya uğraması barədə məlumat yayıb.
Amerikanın MQ-1C Grey Eagle dronu aprelin 22-də Kərkükün cənubundakı ərazidə qəzaya uğrayıb. Amerika koalisiyasının iddiasına görə, koalisiyaya aid dron İraq təhlükəsizlik qüvvələrinin əməliyyatlarına birbaşa dəstək verərkən texniki nasazlığa məruz qalıb və Kərkükün cənubunda qəzaya uğrayıb.
Dronun qəzaya uğramasından sonra İraq təhlükəsizlik qüvvələri qəza yerini tez bir zamanda mühafizə dairəsinə alıblar. Amerika koalisiyasının açıqlamasına görə, bu hadisə heç bir can və maddi itkisinə səbəb olmayıb.
Bu dronun İraq müqavimət dəstələrinin yer-hava raketləri ilə hədəfə alınaraq vurulması ehtimalı da var, lakin indiyədək müqavimət dəstələri bu hadisəyə heç bir reaksiya verməyib.
Qeyd edək ki, İraq müqaviməti bununla bağlı açıqlama verməsə də, görünən odur ki, müqavimət dəstələrinin Bağdad və Vaşinqtonda yüksək rütbəli rəsmilərə əvvəlki xəbərdarlığı, həmçinin Amerika terrorçu ordusunun təyyarələrinin hərəkətinin artması səbəbindən İraqın müxtəlif bölgələrində bu hərəkət Amerika işğalçılarına xəbərdarlıq etmək üçün atılması ehtimalı var. Əgər belə olarsa, bu hərəkət amerikalıları öz təyyarələrinin uçuşunu minimuma endirmək və müqavimətin xəbərdarlığını ciddiyə almağa məcbur etmək mənasını daşıyacaq!
Həmçinin, Amerika helikopterlərinin Kərkükün cənubunda qəza yerinin ətrafında uçması ilə bağlı yayımlanan videoda onların termal və radar raketlərindən qaçmaq üçün saman və hissedicilərdən istifadə etdikləri göstərilir ki, bu da maraqlıdır. Bu məsələni nəzərə alsaq, çox güman ki, amerikalılar sözügedən ərazidə təhlükə hiss edib və mövcud şəraiti və dronun hərbi helikopterləri hədəfə alma ssenarisinin təkrarlanması ehtimalını nəzərə alaraq bu addımı atıblar.
Rəy