İmam Xamenei: Ukrayna böhranının kökü Amerika siyasətidir
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi məlumat verir ki, bu gün martın 1-i səhər saatlarında İmam Xamenei Məbəs bayramı münasibətilə televiziya çıxışında Ukraynadakı müharibə ilə bağlı bəzi açıqlamalar verib.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ukrayna hadisələrinə və onun ibrətlərinə toxunaraq, bu məsələni ABŞ-ın böhran yaratma siyasətinin bariz nümunəsi adlandırıb və əlavə edib: “ Qərbin ixtilaflı mövqelərinin əksinə olaraq, İran İslam Respublikasının qəti mövqeyi həmişə dünyanın hər yerində müharibə və münaqişələrə qarşı çıxmaq olub və biz bu məsələnin həll yolunu onun əsl köklərini tanımaqda görürük.”
Ayətullah Xamenei həmçinin Ukrayna böhranını ABŞ siyasətinin nəticəsi adlandırıb və vurğulayıb: “Bu gün Ukrayna ABŞ-ın böhran siyasətinin qurbanıdır, çünki ABŞ Ukraynanın daxili işlərinə qarışan, mitinqlər təşkil edən, məxməri və rəngli çevriliş yaradan, öz senatorlarını müxalifətin (Ukrayna höküməti müxalifətinin) mitinqlərində iştirak etdirən və hökumətləri dəyişdirən fəaliyyətlər göstərib və ölkəni bu vəziyyətə çatdırıb.”
O, İran İslam Respublikasının müharibəyə qarşı çıxmasında qəti mövqeyini vurğulayaraq dedi: “Biz dünyanın hər yerində müharibəyə, insanların öldürülməsinə və xalqlara məxsus infrastrukturun dağıdılmasına qarşıyıq. Bu, İslam Respublikasının qəti iddiasıdır və bizim siyasətimiz, Qərbin siyasəti kimi, Əfqanıstanda toy mərasimlərinin bombalanmasını və İraq xalqının öldürülməsini terrorizmlə mübarizə adlandıran iki üzlü siyasət deyil”.
Ayətullah Xamenei ABŞ-ın yaratdığı böhranlardan nümunələrə işarə edərək əlavə etdi: “ABŞ Suriyanın şərqində nə edir? Suriya neftini niyə oğurlayır? Əfqanıstanda xalqın milli sərvəti niyə talanır və qəsb edilir? Niyə Qərbi Asiyadakı sionistlərin gündəlik cinayətlərini və bütün bu böhranları insan haqlarının müdafiəsi adı altında müdafiə edirlər?“
O, Yəmən xalqına qarşı cinayəti Qərb və ABŞ-ın ziddiyyətli davranışının başqa bir nümunəsi adlandırıb və deyib: “Yəmən xalqı 8 ildir bombardman edilir, lakin qərblilər ona qarşı cinayəti nəinki pisləmir, hətta reklam, media, dil və əməl də dəstəkləyirlər.”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranın Ukraynada müharibənin dayandırılmasının tərəfdarı olduğunu vurğulayaraq bildirib: “Ancaq böhranın kökləri məlum olarsa, onu müalicə etmək olar. Ukraynadakı böhranın kökündə ABŞ və Qərbin siyasətləri dayanır ki, bu da tanınmalı və mühakimə olunmalıdır.”
Ayətullah Xamenei Ukrayna məsələsindən mühüm ibrətlər alınmalı olduğunu qeyd edib: “Bütün hökumətlər üçün ilk dərs budur ki, Qərb dövlətlərinin ölkələrə və onların təyin etdiyi hökumətlərə dəstəyi ilğımdır və real deyil.“
O, bugünkü Ukraynanı və dünənki Əfqanıstanı ABŞ və Avropa hökumətlərinin iki canlı şahidi kimi nümunə gətirərək əlavə edib: “Həm Ukrayna prezidenti, həm də qaçmış Əfqanıstan prezidenti dedi ki, biz ABŞ və Qərb hökumətlərinə güvənidik, lakin onlar bizi tək qoydular.”
İnqilabın Ali Rəhbəri ikinci ibrətdə xalqı hökumətlərin ən mühüm dayağı adlandırıb və əlavə edib: ”Necə ki, Səddam dövründə ABŞ-ın İraqı işğalı zamanı xalq meydana gəlmədi, eyni adamlar İŞİD-in hücumu qarşısında meydana gəldilər və o böyük təhlükəni aradan apararaq İŞİD-i dəf etdilər.”
Ayətullah Xamenei xalqı ölkələrin müstəqilliyinin əsas amili adlandırıb və İran xalqının bütün güclərin dəstəyinə arxalanan İraqın keçmiş Səddam hökümətinə qalib gəlməkdəki şirin təcrübəsinə toxunaraq deyib: ”Böyük ibrətlər açıq gözlər, düzgün düşüncə və hərəkətlərlə həyata keçirilməlidir.”
Rəy