Həmada İŞİD ünsürlərinin hücumu nəticəsində 26 suriyalı mülki şəxs şəhid olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının Əqirbat şəhərinin kənarına hücumu nəticəsində azı 26 mülki şəxs şəhid olub.
Aprelin 16-da İŞİD terror qruplaşması Həma əyalətinin Əqirbat şəhərinin kənarındakı Doveyzin bölgəsinə hücum edərək bir qrup mülki suriyalıya hücum edib. Bu terror aktı zamanı azı 26 mülki şəxs şəhid olub, 8 nəfər yaralanıb.
Bununla bağlı Həma Polis Komandanlığındakı məlumatlı mənbə bildirib: “İŞİD terrorçuları Həmanın şərq bölgəsindəki Doveyzin bölgəsində göbələk toplayan bu əyalətin bir qrup vətəndaşına hücum edib. Bu hadisə zamanı 26 suriyalı vətəndaş şəhid olub. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, 2023-cü il fevral ayının 17-də İŞİD ünsürləri Əl-Suxna şəhərinin ətrafında bir qrup suriyalı mülki vətəndaşa hücum etmiş və bu hücum nəticəsində azı 53 mülki şəxs şəhid olmuşdur.
Daha çox oxuyun: İŞİD-in Suriyada qanlı hücumu baş tutub
Rəy