Sudan ordusu ilə Çevik Reaksiya qüvvələri arasında qarşıdurmalar şiddətlənib + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sudanda bu ölkə ordusu ilə Çevik Reaksiya qüvvələri arasında gərginliyin artmasının ardınca paytaxt Xartum şəhəri və digər şəhərlərdə genişmiqyaslı silahlı qarşıdurma davam edir.
Çevik Reaksiya qüvvələri ilə Sudan ordusu arasında qarşıdurmanın ilk saatlarında Çevik Reaksiya qüvvələri ordu qüvvələrinin onların mövqelərinə hücum edərək Xartum şəhərində hava limanı və Sudan prezident aparatına nəzarəti ələ keçirdiklərini iddia ediblər, lakin ordu rəsmiləri bu xəbərləri təkzib edərək, Çevik Reaksiya qüvvələrini münaqişəni başlatmaqda günahlandırıb və onların hava limanına və silahlı qüvvələrin qərargahına hücumlarının dəf edildiyini bəyan ediblər. Çevik Reaksiya qüvvələrinin planının iflasa uğradığını iddia edən Sudan ordusu paytaxt Xartum şəhərinin cənubundakı Tibə və Suba bölgələrində bu qüvvələrin bazasını təmizlədiyini iddia edib.
Əsas toqquşmalar Xartum şəhərinin şərqindəki Həyy Əl-Matar (hava limanı ətrafı), Um Dum və Əl-Riyad bölgələrində baş verib. Sudan ordusu qırıcılar və helikopterlərin hava dəstəyi ilə Çevik Reaksiya qüvvələrinin hücumlarını dəf edib. Həmçinin, Çevik Reaksiya qüvvələrinin Mervi şəhər hava limanına nəzarəti ələ keçirməsi xəbəri Sudan ordusunun sözçüsü tərəfindən təkzib edilsə də, bu qüvvələr ordu əsirlərinin şəklini dərc edərək Mervi hava limanına tam nəzarət etdiklərini iddia ediblər.
Çevik Reaksiya qüvvələrinin komandanı general Həmidəti Sudan ordusu ilə münaqişə ilə bağlı verdiyi ilk açıqlamada belə deyib:
“Biz heç kimə hücum etmədik və müharibəmiz mühasirəyə və bizə olunan hücuma cavab idi. Çevik Reaksiya qüvvələrinin qərargahı nəzarətimiz altındadır və onların (ordunun) nəzarəti ilə bağlı iddiaları yalandır.
Vəziyyətimiz yaxşıdır və bütün qərargahlara nəzarət edirik. Döyüş yaxın günlərdə həll olunacaq. Biz silahlı qüvvələrin hörmətli üzvlərindən tələb edirik ki, xalqa qoşulsunlar və biz xalqı təmsil edirik. Bütün qərargahlar təslim olana qədər döyüşü dayandırmayacağıq.
Biz xalqımızla müharibəyə getdiyimiz üçün təəssüflənirik, lakin bu cinayətkar bizi buna məcbur etdi. Onların cinayət planı var və hədəfləri çevrilişi bərpa etməkdir. Dördtərəfli qrupa və vasitəçi qrupa dedim ki, bu adam (Əbdülfəttah Burhan) yalançıdır və Sudanı məhv edəcək”.
Daha çox oxuyun: Hərbi çevriliş böhranı; Sudanda 100-dən çox məhbus aclıq aksiyası keçirir
Rəy